Qeyri-neft sektoru üzrə ixrac 20 faiz artıb
Bu ilin ilk 4 ayında Azexport.az portalına 229 milyon ABŞ dolları dəyərində ixrac sifarişi daxil olub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin may sayı təqdim olunub.
"Marja"nın məlumatına görə, icmalın bu sayında göstərilir ki, 2019-cu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Respublikasının ixracı 7,1 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,4 milyard ABŞ dolları və ya 25,6 faiz artıb. Bu müddətdə qeyri-neft sektoru üzrə ixrac isə 583 milyon ABŞ dolları olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-aprel ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 98 milyon ABŞ dolları və ya 20 faiz artıb.
Cari ilin ilk dörd ayı ərzində Rusiyaya 165 milyon, Türkiyəyə 148 milyon, Gürcüstana 62 milyon, İsveçrəyə 45 milyon və İtaliyaya 22 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin ilk dörd ayında Rusiyaya qeyri-neft ixracı 22 faiz, Türkiyəyə 16 faiz, Gürcüstana 19 faiz, İsveçrəyə 13 faiz, İtaliyaya 2 dəfə artıb.
2019-cu ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına mahlıc (57,9 milyon ABŞ dolları) liderlik edib. Bu siyahıda qabığı təmizlənmiş meşə fındığı (53,7 milyon ABŞ dolları) ikinci və tomat (49,6 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
Ümumiyyətlə, 2019-cu ilin ilk dörd ayı ərzində meyvə-tərəvəz ixracı 149 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 62 milyon, pambıq lifi ixracı 58 milyon, elektrik enerjisinin ixracı 45 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 32 milyon, kimya sənayesi məhsullarının ixracı 24 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 18 milyon, pambıq ipliyi ixracı 9 milyon ABŞ dolları, alkoqollu və alkoqolsuz içkilərin ixracı 9 milyon təşkil edib.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,5 dəfə, pambıq lifinin ixracı 2,8 dəfə, pambıq ipliyinin ixracı 42 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 36 faiz, meyvə-tərəvəzin ixracı 34 faiz, kimya sənayesi məhsullarının ixracı 32 faiz artıb.
2019-cu ilin aprel ayında isə qeyri-neft sektoru üzrə ixrac 167 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin aprel ayı ilə müqayisədə bu ilin aprel ayında qeyri-neft sektoru üzrə ixrac 38 milyon ABŞ dolları və ya 29 faiz artıb. Cari ilin aprel ayında qeyri-neft sektoruna aid ən çox mal Rusiyaya (49,6 milyon ABŞ dolları), Türkiyəyə (48,6 milyon ABŞ dolları) və Gürcüstana (12 milyon ABŞ dolları) ixrac edilib.
2019-cu ilin aprel ayında qeyri-neft sektoru üzrə ixracda tomat (24 milyon ABŞ dolları) birinci, daranmaya məruz qalmamış pambıq lifi (20,5 milyon ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı (15 milyon ABŞ dolları) üçüncü olub.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
-
5 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
6 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
6 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























