"Ticarət müharibəsində qalib olmur"
"ABŞ ilə Çin arasındakı ticarət müharibəsində qalib ola bilməz".
Bu fikri XII Astana İqtisadi Forumu çərçivəsində keçirilən mətbuat konfransında Beynəlxalq Valyuta Fondunun (İMF) direktoru Kristin Laqard deyib.
“Hər bir ticarət müharibəsi həm iştirakçı tərəflər, həm də iştirak etməyənlər üçün fəsadlar törədir. Yəni bu müharibə birbaşa və dolayı təsir göstərir, çaşqınlıq yaradır. Ticarət müharibəsi nəticəsində iqtisadi oyunçular, özəl sektor təmsilçiləri tədarük marşrutlarını dəyişdirə bilər”, – İMF rəhbəri bildirib.
K.Laqard ABŞ və Çin arasındakı gərginliyin səngiməyəcəyi qənaətindədir: “Ticarət qarşıdurması çox güman davam edəcək, hərçənd bunun əksini istərdik. Ticarət müharibəsində qalib ola bilməz, yalnız məğlublar olur. Amma bu vəziyyəti hər iki tərəfin mənfəətinə həll etmək mümkündür”, – İMF rəhbəri vurğulayıb.
Forumda nitq söyləyən Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev sanksiyalar məsələsinin müzakirəsi məkanı kimi paytaxt Nur-Sultanı təklif edib.
“Səmərəsiz sanksiyalar əvəzinə ABŞ, Çin, Rusiya, Avropa İttifaqı arasında açıq dialoq başlanmalıdır. Bu səpgidə həmin ölkələrin rəhbərləri ilə söhbətlərim olub, anlayış göstərirlər. Belə bir dialoq üçün paytaxtımızı məkan kimi təklif etməyə hazırıq”, – N.Nazarbayev söyləyib.
Kristin Laqard da sanksiyalarla bağlı gərginliyi azaltmağa yönələn bu təklifi dəstəkləyib: “Mövcud gərginliyin səngiyəcəyinə, sizin vasitəçiliyinizin də buna yardım olacağına inanırıq”, – İMF başçısı qazaxıstanlı liderə müraciət edərək bildirib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 52 d. əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb

























