Rusiyanın xarici ticarət profisiti artıb
Rusiyanın xarici ticarət profisiti (artığı), bu ilin ilk rübündə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 51,1 milyard dollara yüksəlib.
"Marja" xəbər verir ki, Rusiya Federal Gömrük Xidmətinin (FTS) məlumatlarına görə, ölkənin ixracı, bu ilin yanvar-mart dövründə 2018-in eyni dövrü ilə müqayisədə 1,4 faiz artaraq 104,9 milyard dollar təşkil edib, idxalı isə 2,4 faiz azalaraq 53,8 milyard dollara düşüb.
Rusiyanın cəmi ticarət dövriyyəsi isə yanvar-mart dövründə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz artımla 158,6 milyard dollara yüksəlib. Həmin dövrdə xarici ticarət artığı da 5,8 faiz artımla 51,1 milyard dollar olub.
Dünyanın ən böyük neft və qaz ixracatçılarından biri olan Rusiyanın ixracatında yanacaq və enerji məhsullarının payı isə həmin dövrdə 2017-ci illə müqayisədə 65 faizdən 66,4 faizə qalxıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT
Rusiyanın xarici ticarət artığı 2018-də 62 faiz artımla 211,6 milyard dollara çıxmışdı. Rusiya, keçən il ixracatının 87,9 faizini Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olmayan ölkələrə həyata keçirmişdi. İdxalının da 89 faizini MDB xarici ölkələrdən etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb

























