Unibankın dəstəyi ilə Rio de Janeyroya gedəcək 4 intellektual gənc axtarılır
(®) Bakıda artıq ikinci ildir ki, səyahətçiləri intellektual suallarla sınaqdan keçirib, sonda qalib komandanı 4 üzvü ilə birgə fərqli ölkələrə səyahətə göndərən “Traveler’s Mind” intellektual oyunu keçirilir.
Emosiyaları yüksəldən, ürək döyüntülərini artıran və ən çox gözlənilən intellektual oyun olan “Traveler’s Mind Rio edition” bu il 26 may tarixində Holiday Inn mehmanxanasında “Unibank”ın Baş Sponsorluğu ilə keçiriləcək. 200 beynin 50 komanda daxilində döyüşdüyü fırtınada qalib komanda tam heyət ilə Rio de Janeyroya gediş-gəliş bileti hədiyyə qazanacaq.
Tədbirin təşkilatçısı “Vizam.az”-ın yanaşmasına əsasən, bu oyun coğrafiya kitablarının üzünə baxmayan, Manchester United oyunlarını TV-də deyil “Old Trafford”da izləməyi, pizzanı Bakıda deyil, Napolidə yeməyi, matador yarışlarını Las Ventasda izləməyi xəyal etməyənlər, “Into the wild”, “7 years in Tibet” kimi filmlərə baxmayanlar, Jül Vernin bircə kitabını da olsa oxumayanlar üçün deyil.
Qeyd edək ki, 2018-ci ildə keçirilən “Traveler’s Mind” tədbirinin ilkin buraxılışında qalib komanda tam heyət ilə Bakı-Praqa-Bakı bileti əldə etmişdi.
“UniMiles”ın Baş Sponsorluğu, “Vizam.az”-ın təşkilatçılığı ilə keçirilən “Traveler’s Mind Rio edition” tədbirinə digər rəng qatan şirkətlər arasında “Vitam” və "Brandup" şirkətləri də var.
Rio de Janeyro xəyallarınızı gerçəkləşdirmək üçün elə indi qeydiyyatdan keçin: https://bit.ly/2CHqnVs
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
-
4 d. əvvəl
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTOLAR
-
- 21 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Gələcəyə böyük addım: Payonix BOKT-un aktivləri və gəlirləri sürətlə artır!
- 2 saat əvvəl
-
2 saat əvvəl
İşdən qanunsuz çıxarılmış 53 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTOLAR
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
İyunun 6-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Dəmir zavodu layihəsilə bağlı növbəti müqavilələr imzalanıb - 800 MİLYON DOLLAR İNVESTİSİYA, 1600 İŞ YERİ
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin


















