Azərbaycanda 3-cü kooperativ yaradılıb
26 Aprel 2019-cu il tarixində Qax rayonunun Turaclı kəndində sakinlərə məxsus pay torpaqlarında yaradılan “Ata-baba Fındıq İstehsal Kooperativi” Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə respublikamızda təsis olunan sayca üçüncü kooperativdir.
İlk iki kooperativ Sabirabad rayonunda yaradılıb. Fındıqçılıq sahəsi üzrə yaradılan bu kooperativ özündə 490 sakinin təmsil olunduğu 96 fermer təsərrüfatını birləşdirir. Kooperativin 350 hektar fındıq bağı var.
Bu barədə kənd təsərrüfatı naziri İnam Kərimov aprelin 26-da Qax rayonunun Turaclı kəndində yeni istehsal kooperativinin yaradılması ilə bağlı keçirilən tədbirdə jurnalistlərə müsahibəsində məlumat verib.
Nazir bildirib ki, kooperativləşmə tədbirlərinin getdikcə geniş vüsət alması çox yaxşı başlanğıcdır. Hazırda nazirlik tərəfindən digər rayonlarda tütünçülük, taxılçılıq, şəkər çuğunduru və s. üzrə kooperativlərin yaradılması üçün zəruri işlər aparılır.
Kooperativlərin yaradılmasının kənd təsərrüfatının inkişafı üçün çox vacib tədbirlərdən biri olduğunu vurğulayan İnam Kərimov deyib: “Azərbaycanda fermerlər əsasən kiçik torpaq sahələrinə malikdirlər. Yüksək məhsuldarlığa nail olmaq, istehsal ehtiyatlarını bir araya gətirmək, texnikadan səmərəli istifadə etmək, gübrə vermə, dərmanlama, meliorasiya və irriqasiya tədbirlərini həyata keçirmək, eyni zamanda, növbəli əkinin düzgün qurulması üçün kooperativləşmə çox zəruri tədbirlərdəndir”.
Nazir bildirib ki, kooperativlərin yaradılması üçün Azərbaycanda lazımi hüquqi baza mövcuddur. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” kənd təsərrüfatında kooperasiyanın formalaşması və inkişafına xidmət edir.
İnam Kərimovun sözlərinə görə, kooperativlərə üzv olan fermerlər istehsal ehtiyatlarını, xərclərini azaldır, əvəzində daha çox məhsul əldə edirlər, gəlirləri daha da artır: “Sabirabadda yaradılan kooperativlərin artıq uğurlu nəticələrini görürük. Əvvəllər fermerlər kooperativlərin yaradılmasına bir az tərəddüdlə yanaşırdılar. Ancaq indi vəziyyət dəyişib. Hətta, məhsul yığılmamışdan əvvəl biz artıq ilkin müsbət nəticəni görürük. Müxtəlif sahələr üzrə məhsul istehsalının artması isə, öz növbəsində, ümumi respublika göstəricilərinə müsbət təsir edəcək”, - deyə İnam Kərimov bildirib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
13 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 15 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
16 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
16 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 17 saat əvvəl
-
17 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
























