Azərbaycanda Almaniyanın KfW bankının ofisi bağlana bilər
Almaniyanın “KfW” bankı tərəfindən hazırda Azərbaycanda həyata keçirilən yeganə layihə olan Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin hökumətlə müştərək əsasla “Açıq kommunal infrastruktur proqramı” çərçivəsində yenidən qurulması 2020-ci ilin ortalarınadək başa çatdırılacaq.
Bankın Bakı ofisinin rəhbəri Natiq Abdullayev hökumətin bundan belə həmin işləri daxili vəsaitləri hesabına aparmaq qərarına gəldiyini qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyev hökumətə xaricdən alınan kreditləri məhdudlaşdıraraq yalnız texnolojı tutumlu layihələrə bəzi hallarda, istisna hal kimi müəyyən məbləğdə kredit götürə biləcəklərini tapşırmışdı. Bu yolla 2025-ci ilədək xarici borcun məbləğini 6,5 milyard dollara, yəni ÜDM-in 12 faizi həddinədək azaltmaq hədəflənir. Ötən ilin yekunlarına görə bu rəqəm 19 faiz təşkil edib.
Bununla bağlı hökumət alternativ enerjinin inkişafı (130 milyon avro), yuxarıda qeyd olunan layihənin əlavə maliyyələşdirilməsi (250 milyon avro), biznesin inkişafı (5 milyon avro) layihələri üçün “KfW” bankından kredit almaqdan imtina edib. Bankın nümayəndəsi 2012-ci ildən sonra kredit alınmadığını da qeyd edib. Bununla yanaşı Azərbaycan hökümətinin cəlb etdiyi kreditləri vaxtından əvvəl bağlamağa da imkanı var. Bu kimi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) kapitallaşma proqramı çərçivəsində 2010-cu ildə 40 illik müddətinə illik 0,75 faizlə bankdan alınan kredii vaxtından əvvəl qaytarılıb.
“2020-cin ilin sonunadək yeni layihə və sazişlərə dair danışıqlar aparılmasa, “KfW” bankının Bakı ofisinin bağlanması istisna deyil”, – deyən ofis rəhbəri hazırda adıçəkilən su təchizatı və kanalizasiya layihəsinə dair kreditin qalan 50 milyon dolları çərçivəsində işlər görülür. Bankdan cəlb edilmiş kredit hesabına Şəki şəhərinin içməli su tələbatını 60 faizədək, Gəncə şəhərinin isə 40-50 faiz səviyyəsində ödəməyə imkan yaradır. Su təchizatını 100 faizə çatdırmaq üçün qalan işlər dövlət büdcəsi hesabına görüləcək.
Qeyd edək ki, bu layihə üçün “KfW” bankı Azərbaycan hökumətinə 137 milyon avro məbləğində iki kredit ayırmışdı. Birinci kredit 2006-cı ildə imzalanan sazişlə 37 milyon avro məbləğində 40 il müddətinə, o cümlədən 10 ili imtiyazlı olmaqla illik 0,75 faizlə, ikincisi də 2012-ci ilin dekabr ayında imzalanan sazişlə üç il imtiyazlı olmaq şərtilə 12 il müddətinə illik 1,96 faizlə verilib.
Ümumiyyətlə isə 1994-cü ildən başlanmış ikitərəfli əməkdaşlıq dövründə bank Azərbaycan hökumətinə 240 milyon avro məbləğindən çox kreditlər ayırıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
24 d. əvvəl
Tramp İranın ali lideri ilə “razılaşma əldə etmək üçün” görüşə biləcəyini deyib
-
-
43 d. əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 58 d. əvvəl
-
1 saat əvvəl
“PAYONİX BOKT” 2025-ci ildə böyüyüb, gəlirləri artıb - MALİYYƏ VƏZİYYƏTİ
-
1 saat əvvəl
“PAŞA Bank” 2025-ci ili 178 milyon manatdan xalis mənfəətlə başa vurub
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
- 2 saat əvvəl
-
16 saat əvvəl
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
- 17 saat əvvəl
-
18 saat əvvəl
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
Ən çox oxunanlar
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub
Naxçıvan şəhərində yeni tikiş fabriki fəaliyyətə başlayıb
"SpaceX" IPO üçün səhm qiymətini 135 dollar müəyyənləşdirib — şirkətin dəyəri 1,77 trilyon dollar qiymətləndirilir
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir






















