Xalq Bank 1-ci rübün nəticələrini açıqladı
2019-ci ilin 1-ci rübünün yekunlarına əsasən ASC “Xalq” Bankı əsas maliyyə göstəriciləri üzrə stabil artım nümayiş etdirib.
“Xalq” Bankından “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, Bankın aktivləri 2018-ci ilin sonuna olan göstəricilərlə müqayisədə 206.18 mln. manat və yaxud 10,27 % artaraq 2 mlrd. 214.35 mln. manat təşkil edib.
Bankın kredit portfelində müştərilərə verilən kreditlərin həcmi I rüb ərzində 75.84 mln manat və yaxud 5,49% artaraq 1 mlrd. 458.45 mln manat təşkil edib. Bu nəticə ölkənin özəl bankları arasında ən yüksək göstəricilərdən biridir.
Müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi birinci rüb ərzində 181.4 mln manat və yaxud 14,4% artaraq 1 mlrd. 440.81 mln manata çatıb.
“Xalq” Bankı ilk rübü 8.95 mln manat mənfəətlə (vergilər ödənilənədək) başa vurub ki, bu da ötən ilin anoloji dövrünə olan göstəricini 19% üstələyir.
“Cari ilin ilk rübündə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri ilə Xalq Bank ölkənin maliyyə sektorunda lider banklardan biri olaraq öz mövqeyini möhkəmləndirmişdir. Bu uğurlar Bankın loyal müştərilərinin, peşəkar əməkdaş komandasının, düşünülmüş və effektiv idarəetmə siyasətinin nəticəsidir”,- məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 29 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"Kapital Bank"ın kredit reytinqi daha da yüksəldi
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
Ən çox oxunanlar
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb















.jpg)








