Barama üçün yeni tingçilik təsərrüfatı yaradılır
Çin Xalq Respublikasından əvvəlki illərdə gətirilmiş tinglərin budanmasından əldə olunan zoğlardan ibarət müasir texnologiya əsasında yeni tingçilik təsərrüfatı yaradılır.
Ölkədə baramaçılığın və ipəkçiliyin inkişafına dair işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli 3408 nömrəli tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib. Dövlət Proqramında 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması, baramaçılığın yem bazasının genişləndirilməsi məqsədi ilə tut (çəkil) tingliyi təsərrüfatının yaradılması nəzərdə tutulur.
Baramaçılğın yem bazasının möhkəmləndirilməsi məqsədilə dövlət vəsaiti hesabına Çin Xalq Respublikasından son üç ildə 3,5 milyon ədəd calaq olunmuş məhsuldar tut (çəkil) tingləri tədarük edilərək bölgü əsasında respublikanın 38 rayonunda 350 hektar sahədə Çin texnologiyası ilə əkilib. Bu tinglər yerli torpaq iqlim şəraitində yüksək məhsuldarlıq göstərərək barama istehsalı üçün keyfiiyətli yarpaq çıxımına malikdir. Bu baxımdan Dövlət Proqramının icrası məqsədilə Aqrar Elm və İnnovasiya Mərkəzinin Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinə məxsus 1 hektarlıq torpaq sahəsində Çindən əvvəlki illərdə ölkəyə gətirilmiş tinglərin budanmasından əldə olunan zoğlardan istifadə edərək müasir texnologiya əsasında tingçilik təsərrüfatı yaradılıb.
Bu tingçilik təsərrüfatında 200-250 min ədəd tingin yetişdirilməsi nəzərdə tutulub. Bunun üçün sahəyə üzvi və mineral gübrələr verilib, dərin şum aparılıb, 90 sm ara məsafəsi olmaqla tirələr düzəlib və tirələrin üzəri qara rəngli polietilenlə örtülüb. Əldə edilmiş zoğlar 10 sm ara məsafəsi olmaqla tirələrin üzərinə basdırılıb. Polietilen örtüyün çəkilməsində məqsəd torpaqda nəmliyi qorumaq, buxarlanmanın qarşısını almaq və alaq otlarının inkişafını məhdudlaşdırmaqdan ibarətdir. Birinci ildə köklənmiş tinglərin ikinçi ildə pikrovka olunaraq sahələrə köçürülməsi nəzərdə tutulub. Artıq üçüncü ildən başlayaraq bu tinglərdən istifadə etməklə yeni bağların salınması həyata keçiriləcək.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
Kümçü fermerlər üçün Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin sahəsində tarla nümayişi keçirilərək Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov, Tərtər RAEİM-in direktoru Məhərrəm Əliyev, Tərtər Dövlər Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev tərəfindən müasir texnologiya əsasında yeni tingçilik təsərrüfatında əkin, məhsuldar tut (çəkil) tinglərinin aqrotexnikası izah olunub, eyni zamanda fermerlərin çoxsaylı sualları cavablandırılıb.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti














.jpg)







