Sahibkarlar güzəştli imkandan yararlanmaq üçün, "Rabitəbank"ı seçir
(®) Dünya Bankı və Aqrar Kredit və İnkişaf Agentliyinin“Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” – nin agent bankı seçilən Rabitəbank, sahibkarların biznesinin inkişafına dəstək naminə ilk kreditini verdi.
Dünya Bankı tərəfindən keçirilmiş təhlil prosesi nəticəsində Rabitəbank ASC Dünya Bankı və Maliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin birgə icra etdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” - nin Aqrobiznesə Maliyyə Xidmətləri komponenti üzrə İştirakçı Maliyyə Qurumu kimi seçilmişdir.
Layihənin əsas məqsədi, kənd təsərrüfatı mallarının emalına, satış və istehsalına dəstək vermək, seçilmiş məhsullar üzrə dəyər zəncirlərinin təkmilləşdirilməsindən ibarətdir.
Layihələr üçün ayrılmış ilkin kredit tranşı 3.000.000 ABŞ dolları təşkil edir.
Belə ki, layihə üzrə borc alanlara verilən kreditin müddəti 7 il və layihədən asılı olaraq 3 il əsas məbləğin ödənişinə güzəştlə, 8.8% olmaqla maksimum kredit məbləği 500.000 ABŞ dolları, struktur maliyyəşdirilməsinə isə kredit müddəti 2 il olmaqla maksimum kredit məbləği 1.000.000 ABŞ dolları təşkil edir.
Əsas şərtlərdən biri, layihə xərclərinin həcminin 20%-dən az olmayan hissəsini özəl biznesin sahibi tərəfindən pul və ya natura ilə öz payları kimi yatırımından ibarət olmasıdır.
Ölkənin ilk müstəqil banklarından olan Rabitəbank, 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 4 d. əvvəl
-
-
13 d. əvvəl
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
- 30 d. əvvəl
-
1 saat əvvəl
Gələcəyə böyük addım: Payonix BOKT-un aktivləri və gəlirləri sürətlə artır!
- 1 saat əvvəl
-
1 saat əvvəl
İşdən qanunsuz çıxarılmış 53 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycana gələn turustlərin sayı 10 faizdən çox azalıb
Dəmir zavodu layihəsilə bağlı növbəti müqavilələr imzalanıb - 800 MİLYON DOLLAR İNVESTİSİYA, 1600 İŞ YERİ
Ən çox oxunanlar
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin

























