Prezident “Diqlas”dakı yanğınla bağlı tapşırıq verdi
Dövlət "Diqlas"da zərərçəkənlərə kompensasiya ödəyəcək
"Müraciətlər dövlət başçısına çatdırılıb və prezidentin tapşırığı ilə nümayəndə heyəti icarədarlarla görüşə göndərilib".
Bu sözləri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov deyib.
Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin müavini Hüseyn Mövsümov deyib ki, yanğın hadisəsi prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti altındadır.
XXX
“Prezidentin tapşırığı ilə hər birinizə dəymiş ziyan dövlət tərəfindən ödəniləcəkdir”
Bunu "Diqlas" Ticarət Mərkəzində yanğında zərərçəkən icarədarlar ilə növbəti görüşdə Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov bildirib.
“Cənab Prezidentin tapşırığı nədən ibarətdir – “burada hər şey ədalətlə olmalıdır”. Bunun üçün sizin və dövlət qurumlarının iştirakı ilə komissiya yaradılacaq. Komissiya baxış keçirməli, hesablama aparılmalıdır. Dəymiş ziyan hər bir şəxs tərəfindən müəyyənləşdirilməlidir. Amma burada sui-istifadə hallarına yol vermək olmaz. Siz hamınız əhmətkeş insanlarsınız. Kimin nə qədər malı yandığını obyektiv şəkildə bildirsin. Dünən mən də Facebook-da baxdım, biri deyir mənim “1 milyonluq”, biri deyir “500 minlik” malım var idi. Gərək hamı halal olsun, halallıqla olsun, dədə-baba qaydaları ilə olsun. Aldatmaq cəhdi yolverilməzdir. Səbrli olun. Dövlət sizin yanınızdadır”.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
15 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 15 saat əvvəl
-
15 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 17 saat əvvəl
-
17 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"





















