Soğan nə üçün 2 dəfə bahalaşıb? - NAZİRLİKDƏN AÇIQLAMA
Son 15 gün ərzində Azərbaycanda soğanın qiyməti 60-70 qəpikdən 1 manat 50 qəpiyədək bahalaşıb. Bəziləri bunu ixracın artması, bəziləri qıtlıq, bəziləri isə süni qiymət artımı ilə əlaqələndirir. Maraqlıdır, son günlər soğanın qiyməti niyə göz "yaşardır"?
Məsələni dəqiqləşdirmək üçün Kənd Təsrrüfatı Nazirliyi (KTN) yanında Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadəyə müraciət etdik.
F.Fikrətzadə bildirib ki, ötən ilin anoloji dövründə soğanın qiyməti 60-70 qəpik təşkil edib:
“Hazırda isə soğanın pərakəndə satış qiyməti 1 manat 20 qəpik - 1 manat 30 qəpik arasında dəyişir. Bunun da əsas səbəbi bu ilin yaz mövsümündə Türkiyəyə soğan ixracının gözlənilməz şəkildə artmasıdır. Adətən Azərbaycanda yanvar-mart ayları ərzində 2-3 min ton soğan ixrac olunurdusa, bu ilin 2 ayı ərzində 7300 ton soğan ixrac edilib. Ötən ilin eyni dövründə cəmi 1200 ton soğan ixrac olunmuşdu. Bu ilin 2 ayı ərzində ixrac edilən 7300 ton soğanın 5900 tonu Türkiyəyə göndərilib. Bu isə bazar şərtlərinə təsir edib.
Bir neçə ay sonra faraş soğan istehsal olunacaq. Biz ixracı bunun hesabına daha da artıracağıq”.
Müsahibimiz qeyd edib ki, yaxın günlərdə soğanın qiymətinin ucuzlaşacağı gözlənilir:
“Soğanın qiymətindəki bahalaşma qısamüddətli bazar ajiotajıdır. Xatırlayırsınızsa, 2016-cı ildə Rusiya bazarlarına sanksiyalarla əlaqədar ixrac artmışdı. Amma həmin vaxt da bahalaşmada ixracın həcminin artımından çox ajiotaj daha böyük rol oynadı.
İndi hamı düşüünr ki, soğan Türkiyəyə satılır deyə, qıtlıq olacaq. Amma hazırkı qiymət bahalaşması sırf Türkiyəyə soğan ixracının artımı ilə əlaqdar yaranmış ajiotajdan doğur. Ajiotaj səngiyən kimi, soğanın qiyməti əvvəlki həddində qərarlaşacaq. Yaxın günlərdə soğanın qiymətinin mövsümün qiymət səviyyəsinə uyğun olacağını düşünürəm”.
Nazirlik rəsmisi “daxili tələbat nəzərə alınmadan ixracın kəskin artımı nə dərəcədə doğrudur” sualına “bu, sahibkarların qərarıdır” cavabını verib.
“Sahibkarlar bazarın reaksiyasına uyğun olaraq, istehsal həcmini artırıblar. Soğanda ixrac ənənəsinin yaranması müsbət haldır. 2017-cı ildə 56 min ton, 2018-ci ildə 40 min ton soğan ixrac etmişik. Hansı ki, tarixən həmişə ildə 3-5 min ton faraş soğan ixrac olunub. Növbəti dəfə daxili bazarda qiymətlərin stabilliyi təmin olunmaq şərtilə bazar imkanlarından istifadə edərək, soğan ixracımızı daha da artırmağa nail olacağıq”.
F.Fikrətzadə qeyd edib ki, Türkiyəyə ixrac edilən soğan əsasən Beyləqan, Ağdam, Bərdə, Ağcabədi, Şəmkirdə istehsal edilir.
O, eyni zamanda daxili bazarda soğan qıtlığının yaranması ilə bağlı iddialara da münasibət bildirib:
“Soğan istehsalının artdığını nəzərə alsaq, qıtlıqdan söhbət belə gedə bilməz. 2018-ci ildə tarixdə ilk dəfə Azərbaycanda 235 min ton soğan istehsan olunub. Adətən bizdə il ərzində 150-170 min ton soğan istehsal edilirdi. Bu qədər istehsal artımının qarşısında ixracın 5 min ton yüksəlməsi bazarda qıtlıq yaradacaq hədd deyil.
Ümumiyyətlə, bu il üçün ötənilkindən də yüksək soğan istehsalı gözlənilir. Çünki artıq soğan istehsalçıları birbaşa ixrac bazarları ilə işləmək təcrübəsi əldə ediblər ki, bu da bazara müsbət siqnal ötürür. Soğan istehsalında ixtisaslaşmış fermerlərimiz müasir texnologiyalar tətbiq etməklə 1 hektardan 30-40 tona qədər soğan alırlar. Çünki dünya bazarında bizim məhsulumuza tələbat artır. Dünya bazarında soğanın 1 tonunun ixrac qiyməti 400-420 dollardır. Bizim ixrac soğanımız isə 300-350 dollara təklif olunur. Bu da qiymət baxımından bizim üçün əlevrişlidir”.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© Modern
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
1 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
1 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)










.jpg)





