Fermerlər üçün nağd müştəri - kəndçi daha çox pul qazana bilər
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC Dağlıq Şirvan bölgəsinə daxil olan Şamaxı, İsmayıllı, Ağsu, Qobustan rayon istehsalçılarının keyfiyyətli məhsullarını yerindəcə orta bazar qiymətinə satın alaraq elə həmin bölgədə fəaliyyət göstərən dövlət satınalan təşkilatlarının təlabatına yönəldə bilər.
Bununlada, bölgədə istehsal zənciri qurulacaq, hər bir yerli istehsalçının ekoloji baxımdan keyfiyyətli məhsulu elə həmin bölgədə realizə olunmaqla gəlir əldə olunacaq. Bu barədə razılıq İsmayıllı rayon icra hakimiyyətinin təşkilati dəstəyi ilə keçirilmiş regional maarifləndirici müşavirədə əldə olunub.
Rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov bildirib ki, ölkə başçısının sərəncamı ilə yaradılmış Cəmiyyətin həyata keçirdiyi təchizat sistemi nəticəsində bölgədəki uşaq bağçalarının, xəstəxanaların və hərbi hissələrin ərzaq təminatında keyfiyyət yüksəlib, lakin bir çox məhsullar uzaq rayonlardan alınaraq gətirilir. Adıçəkilən rayon fermerləri Cəmiyyətə müraciət edərək məhsullarını yerindəcə satışını nail olmalıdırlar. "Bu gün istehsalçı ilə bazar arasında olan vasitəçilər- mən bunlara möhtəkirlər deyərdim, daha çox qazanırlar, nəinki torpaq adamı. Fermerlərin Cəmiyyətlə sıx birliyi bu vasitəçilərin aradan çıxmasına səbəb olar, nəticədə kəndçi daha çox pul qazana bilər”.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC İH sədr müavini Elşən Əsədov çıxış edərək bildirib ki, qurum Dağlıq Şirvan bölgəsindən olan istənilən fermerlə işgüzar münasibət qurmağa hazırdır.
“ İstehsal edilən məhsulun çeşidindən, kəmiyyətindən asılı olmayaraq, keyfiyyət göstəricilərini qorumaq şərti ilə istənilən məhsulu tədarük etməyə hazırıq. Bu gün Şamaxı, İsmayıllı, Ağsu, Qobustan rayonlarında 46 körpələr evi-uşaq bağçası, 4 mərkəzi xəstəxana, 33 icra nümayəndəliyi və 2 digər müəssisə Cəmiyyət xətti ilə 74 adda ərzaq növü üzrə təminat alır. Təssüf ki, bir çox məhsullar- mal əti, ağartı məhsulları, göyərti və s məhsullar kənar bölgələrdən alınıb gətirilir. Hansı ki, Şirvan bölgəsində yaşayan fermerlər tərəfindən təklif olunarsa Cəmiyyət bu məhsulları orta bazar qiymətinə almağa hazırdır. Bu imkan verəcək ki, bölgənin kənd təsərrüfatı məhsulları elə həmin bölgədəki satınalan təşkilatların ərzaq təchizatına yönəldilsin və bununlada dəyər zəncirinin formalaşması mümkün olacaq”.
Tədarük-təchizat məsələlərinə həsr olunmuş regional maarifləndirici müşavirədə 200 nəfərdən artıq satınalan təşkilat nümayəndəsi və istehsalçılar iştirak ediblər. Cəmiyyət rəsmiləri tərəfindən bölgə sakinlərinin çox saylı sualları cavablandırılıb, təchizat səviyyəsinin yüksəldilməsi üçün qaldırılan bir çox məsələlər yerindəcə həll edilib, ət istehsalı, dənli bitkilər, kartofçuluq sahəsində bir neçə fermerlə əməkdaşlıq haqqında razılaşma əldə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
9 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
9 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!























