"AzerGold"un yığılmış zərəri azalıb
"AzerGold" QSC-nin cəmi aktivləri 2018-ci il yanvarın 1-nə 117,786 mln. ABŞ dolları təşkil edib.
Bu, 2017-ci il yanvarın 1-i ilə müqayisədə 16,4% azdır.
2017-ci ildə "AzerGold"un uzunmüddətli aktivləri 3% artaraq 102,931 mln. dollara çatıb, cari aktivləri isə 63,7% azalaraq 14,854 mln. manata düşüb.
Ötən ilin əvvəlinə "AzerGold"un öhdəlikləri 116,583 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 27,9% azdır. O cümlədən şirkətin uzunmüddətli öhdəlikləri 20,3% azalaraq 107,502 mln. dollar, cari öhdəlikləri isə 66,2% azalaraq 9,082 mln. dollar olub.
Hesabat dövründə "AzerGold" cəmi kapitalındakı 20,855 mln. dollarlıq çatışmazlıq isə 1,203 mln. dollarlıq kapitalla əvəz olunub.
2017-ci ildə "AzerGold"un qızıl satışından gəlirləri 77,306 mln. dollar (2016-cı ildə satış olmayıb), satışının maya dəyəri 62,288 mln. dollar, digər gəlirləri 150 min dollar (təxminən 50 dəfə çox), digər əməliyyat xərcləri 391 min dollar (təxminən 39 dəfə çox), dəyərsizləşmiş zərərinin geri qaytarılması üzrə gəlirləri 14,081 mln. dollar (2016-cı ildə olmayıb), ümumi və inzibati xərcləri 2,756 mln. dollar (təxminən 5 dəfə çox), maliyyə xərcləri 5,245 mln. dollar (təxminən 10 dəfə çox), mənfəət vergisi xərclərinə qənaət hesabına gəlirləri isə 1,2 mln. dollar (6% çox) təşkil edib. Son nəticədə şirkət ili 22,058 mln. dollar xalis mənfəətlə başa vurub və əvvəlki ildən qalma 22,152 mln. dollarlıq zərərini 94 min dollara endirib.
Xatırladaq ki, "AzerGold" ölkə prezidentinin 11 fevral 2015-ci il tarixli fərmanı ilə 5 iyul 2016-cı il tarixində yaradılıb. Onun nizamnamə kapitalı 2 mln. manat və yaxud o vaxtkı məzənnə ilə 1 296,6 mln. dollardır. 100% dövlətə məxsus şirkəti İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi təmsil edir.
"AzerGold"un fəaliyyət sahələrinə qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi daxildir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
10 d. əvvəl
Tramp: İranla danışıqlar “son dərəcə yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
- 33 d. əvvəl
-
- 50 d. əvvəl
-
56 d. əvvəl
Tramp: “İranın neft resurslarını və Xərq adasını ələ keçirmək istəyirəm”
-
1 saat əvvəl
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır
-
1 gün əvvəl
Leysan yağışları evlərə ciddi zərər vurub. Əhali necə tədbir almalı idi?
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
- 2 gün əvvəl
- 3 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İranla danışıqlar “son dərəcə yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
Alüminium bazarında müharibə şoku
Hörmüzdə başlayan neft şoku Qərbə doğru yayılır
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Ən çox oxunanlar
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
Martın 28-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
























