"Azərittifaq" Hacıbala Abutalıbovu ittiham etdi - "Satış yerlərimizi sökdürdüyünə görə..."
"“Azərittifaq”ın fəaliyyətini davam etdirməsi vacibdir”.
“Marja” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Koorperativlər İttifaqının (“Azərittifaq”) sədri, millət vəkili Eldar Quliyev bildirib.
“İCARƏ QAYDASINDA İŞLƏYİRİK”
O, “Rəhbərlik etdiyiniz Azərbaycan Mərkəzi Koorperativlər İttifaqı (“Azərittifaq”) müasir dövrə uyğunlaşırmı?” sualına aşağıdakı şəkildə cavab verib.
“Azərittifaq” sovet dövründə, demək olar, özəl sektor kimi fəaliyyət göstərib. Respublikanın bütün rayonlarında əhaliyə ticarət və iaşə xidmətini göstərirdi, kolxoz bazarları “Azərittifaq”ın nəzdində idi, tədarük sahələrimiz vardı, şəhərlərdə kənd təsərrüfatı məhsullarının satışını təşkil edirdik. Təkcə Azərbaycanda deyil, MDB-yə daxil olan dövlətlərin hamısında bu qurum fəaliyyət göstərir. Lakin hazırda fəaliyyət istiqaməti bir qədər fərqlidir. Bütün rayonlarda təşkilatımız var və onlar, əsasən, icarə qaydasında işləyir, koordinasiyanı isə biz edirik. Bizim onlara məhsul verməyimiz səmərəli deyil. Çünki həm biz, həm də yerli təşkilat xərcləri məhsula əlavə edərsə, satış qiymətləri baha olacaq. Hazırda bazarda rəqabət var, əsas prinsip keyfiyyətli və ucuz məhsul əldə etməkdir. Təhsil sahəsində isə Azərbaycan Kooperasiya Universiteti və kollektivi fəaliyyət göstərir”.
Eldar Quliyev, “Necə düşünürsünüz, “Azərittifaq”a ehtiyac varmı?” sualına isə “Təşkilatın fəaliyyətini davam etdirməsi vacibdir”cavabını verərək sözlərinə belə davam edib:
“Burada çoxsaylı payçılarımız işlə təmin olunub. Təklif olunarsa, indi də satış yarmarkalarının təşkilində iştirak edə bilərik. Satış yerlərimizi Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov sökdürdüyünə görə özümüz satış yarmarkası təşkil edə bilmirik. Digər sahələrdə isə fəaliyyətimizi davam etdiririk”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
2 d. əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
-
8 d. əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 31 d. əvvəl
- 37 d. əvvəl
- 38 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Suriyada yeni pul vahidi dövrü başlayır
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI





















