İstehsal edilmiş avtomobillərin 95%-i satılıb
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori Neftçala Sənaye Məhəlləsində "Khazar" Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olub.
Səfirə məlumat verilib ki, "Khazar" Avtomobil Zavodu Sənaye Məhəlləsindəki ən böyük müəssisədir. Zavod ildə 10 min avtomobil istehsal etmək gücünə malikdir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulmuş zavodda "Khazar", "AzSamand" və "Peugeot" avtomobil modelləri istehsal edilir. Artıq zavodda avtomat ötürücü qutusu ilə təchiz olunmuş “Peugeot Khazar” avtomobillərinin istehsalına da başlanılıb. “Khazar” Avtomobil Zavodunda istehsal edilən avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur.
Müəssisədə 200 nəfər işlə təmin edilib və istehsalın genişlənməsi ilə iş yerlərinin sayının 300-ə çatdırılması nəzərdə tutulur.
Ötən il zavodda 1000-dən çox avtomobil istehsal olunub. Bu avtomobillərin 95%-i artıq satılıb. "Khazar" avtomobilləri 2018-ci ilin avqust-sentyabr aylarında Moskvada keçirilən beynəlxalq avtomobil sərgisində nümayiş olunub və böyük maraqla qarşılanıb.
"Khazar" avtomobilləri “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac olunacaq.
Səfir Teruyuki Katori Zavodun işini yüksək qiymətləndirib, istehsalın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)





