"Quru südü yenidən südə çevirəndə tərkibinə palma yağı vururlar"

Bu yaxınlarda Azərbaycandan xaricə süd və süd məhsulları ixrac ediləcəyi ilə bağlı bəyanatlar səsləndi. Bəyanatlar fonunda marketlərdə əhaliyə satılan yerli məhsullar bahalaşdı.
Azərbaycanda hazırda yerli süd məhsulları qiymətinə görə (idxal rüsumu ilə birlikdə ölkəyə gətirilən) Belarus və Ukrayna məhsullarından daha bahadırsa, biz xaricə necə mal satacağıq?
Ölkədə südü bahalaşdıran əsas amillər hansılardır?
Mövzunun aktuallığını nəzərə alaraq Azərbaycan süd və süd məhsulları istehsalçıları və ixracatçıları ictimai birliyinin sədri Samir Eyyubovla müsahibəni sizə təqdim edirik:
- Yerli süd istehsalının maya dəyərini bahalaşdıran hansı amillər var?
- Südün maya dəyərini təşkil edənlərdən biri yemdir, yemlə bağlı vəziyyət düzəlmir. Bu, Azərbaycanda ciddi problem olaraq qalır və xaricdən asılılığımız çox yüksəkdir. Xüsusən qüvvəli yemlər – soya və qarğıdalı yemlərindən söhbət gedir. Xammal südün maya dəyərinin 70 faizini təşkil edən də məhz budur. Hazırda Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə tədbirlər görməyə başlayıb, ancaq bu, müəyyən bir müddət vaxt aparacaq.
Yanvarın 1-dən başlayaraq, baş verən dəyişikliklər nəticəsində hazırda yerli məhsullar rəqabətdə Rusiya və Belarus südünə tam uduzur. Bu, çox narahatedici məsələdir və bu həftənin cümə günü kənd təsərrüfatı və iqtisadiyyat nazirlərinin iştirakı ilə iclaslarımız var, görək bu vəziyyətdən çıxış yolu necə olacaq?
- Azərbaycanda nə qədər süd istehsalçısı var?
- 37 müasir fermer təsərrüfatı, qalanı kəndli-fermer təsərrüfatıdır. Əslində, rəsmi statistikaya görə, ölkədə 1 milyon 200 min südlük inək var. Ancaq məsələ burasındadır ki, cins heyvanlardan günə 20 litr, yerli cinslərdən isə 5-7 litr süd sağılır. Ona görə də heyvan göstəricisinə baxmayaraq, süd o qədər də bol deyil.
- Bu yaxınlarda müsahibənizdə demisiniz ki, Azərbaycan Ərəb Əmirliklərinə süd ixracına başlayacaq. Yerli bazarda süd məhsulları bahalaşırsa, üstəlik, bizdən ucuz ixracatçılar varsa, necə satacaqsınız?
- Bu, mənim ağrılı yerimdir. Mən demişəm ki, Azərbaycanda maraqlı təzad formalaşıb. Biz yerli bazarda satmaq əvəzinə, xarici bazara qaçırıq, əmin olun ki, bu məcburiyyətdən yaranıb. Belarus, Ukrayna məhsulları ilə yerli bazarda rəqabətə dözə bilmədiyimiz üçün məcburən Səudiyyə Ərəbistanı və Rusiyada ixrac yeri axtarırıq. Jurnalistlərimiz də onlara xoş gələn informasiyanı veriblər, qalan problemli tərəfi isə gizlədiblər. Demirəm, Rusiya tərəfə ixracı saxlamaq lazımdır, amma idxal çoxdursa, niyə xaricə qaçırıq?
- Yerli istehsal daha çox xaricdən gələn quru südün hesabına formalaşır, yoxsa Azərbaycanda süd istehsalında dəyər zənciri var?
- Bizim süd təsərrüfatlarına imkan yaratsalar, 90 faiz özümüzü təmin edə bilərik. Problem ondadır ki, quru süddən emal olunan məhsul təbii süddən emal edilən məhsuldan daha ucuzdur. Əslində, quru südün bir problem tərəfi yoxdur, bu, südün tərkibinin buxarlanması nəticəsində qalan quru hissəsidir. Problem odur ki, quru südü yenidən südə çevirəndə onun tərkibinə yağ vurulmalıdır. Bir çox emalçılar onun içinə palma tərkibli yağlar vururlar. Palma yağı 2 man 50 qəpik, kərə yağları 14-15 manatdır.
Problem həmin falsifikat mallarındadır. Bu mallar bizim keyfiyyətli malları qiymətdə vurur, digər tərəfdən də Ukrayna və Belarus südləri daha ucuzdur. Azərbaycanın iri emalçıları normal mal istehsal edirlər, ancaq qiymət rəqabətində uduzurlar. Hökumətlə görüşüb istehsalçılara kömək etmək lazımdır.
- Köməyi nədə görürsünüz, quru südə gömrük rüsumu artırılmalıdır?
- Xeyr, indi sərhədi bağlamaq, kvotalar qoymaq şərt deyil. İstehsalçılar məhsulun üzərində göstəricini düzgün göstərsinlər. Alıcı bilmədir ki, piştaxtadakı mal spred yağdanmı düzəldilib, yoxsa təbii kərə yağındanmı? Quru süddənmi, yoxsa təbii süddənmi? Bunu bilən hər istehlakçı da cibinə görə seçim edəcək. Azərbaycanda hazırda alıcıya bu hüquq verilmir, çünki spred yağlardan hazırlanan məhsullar gizli şəkildə piştaxtaya çıxarılır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Oxu
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 d. əvvəl
Azərbaycanın iqtisadiyyat naziri “Trendyol Group”un prezidenti ilə görüşüb
-
57 d. əvvəl
"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“INMerge” İnnovasiya Sammiti Qırmızı Ürəklər Fondunu sosial tərəfdaş elan etdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Avtobus parkının yenilənməsi üçün dövlət dəstəyi – kreditlərə subsidiya və zəmanət təmin olunacaq
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bakıda avtobuslarda təqaüdçülərə və tələbələrə güzəştli gediş haqqının tətbiqinə baxıla bilər
Son Xəbərlər

"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"

Porsche-nin səhmləri 8% ucuzlaşdı

Amerikalı milyarder BYD-dəki bütün paylarını satıb

Avtobus parkının yenilənməsi üçün dövlət dəstəyi – kreditlərə subsidiya və zəmanət təmin olunacaq

Sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb
Ən çox oxunanlar

AYNA: Avtobusları gecə saat 00:00-a qədər işləyə bilər

Bakıda avtobuslarda təqaüdçülərə və tələbələrə güzəştli gediş haqqının tətbiqinə baxıla bilər

“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir

"Təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobuslara çıxışı məhduddur"

“Sarı metal”ın qiyməti 3700 dolların üzərində möhkəmlənə bilsə, bahalaşma daha kəskin xarakter ala bilər"

Kapital Bazarı Assosiasiyasında yeni təyinatlar

Tarixdə ilk dəfə olaraq qızılın qiyməti 3750 dolları keçdi
