Sığorta bazarında ödənişlərin 50%-ni 2 şirkət həyata keçirir
2018-ci ildə Azərbaycanda toplanmış 727,954 milyon manat sığorta haqqının 392,995 milyon manatı və yaxud 54%-i "PAŞA Həyat Sığorta" və "PAŞA Sığorta" ASC-lərin payına düşüb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistika hesabata görə, "PAŞA Holdinq" MMC-yə daxil olan bu şirkətlər müvafiq olaraq 264,998 milyon manat (36,4%) və 128,007 milyon manat (17,6%) sığorta haqqı toplayıblar.
Daxilolmaların məbləğinə görə, 3-cü yerdə 60,107 milyon manatlıq (8,25%) göstərici ilə "Atəşgah Həyat Sığorta" ASC, 4-cü yerdə 43,389 milyon manatlıq (6%) göstərici ilə Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta"), 5-ci yerdə isə 36,806 milyon manatlıq (5%) göstərici ilə "Atəşgah Sığorta" ASC qərarlaşıb. İlk 5-liyə daxil olan şirkətlərin ümumi yığımları 533,297 milyon manat təşkil edib ki, bu da bazarın 73,25%-i deməkdir.
21 sığortaçı arasında ən az sığorta haqqı toplayanlar isə "Naxçıvan Sığorta" (263 min manat), "Amrah Sığorta" (744 min manat) və "Bakı Sığorta" (1,024 milyon manat) ASC-lərdir. Bu şirkətlərin ümumi yığımları 2,031 milyon manat təşkil edib ki, bu da bazarın cəmi 0,3%-i deməkdir.
Qalan 13 sığorta şirkətinin yığımları isə 1-26 milyon manat arasında dəyişir və onların bazar payı 192,626 milyon manat və yaxud 26,45%-dir.
Ödənişlərin 50%-ni 2 şirkət həyata keçirib
2018-ci ildə Azərbaycanda həyata keçirilmiş 240,333 milyon manatlıq sığorta ödənişlərinin 50,2%-i və yaxud 120,565 milyon manatı "PAŞA Həyat Sığorta" və "PAŞA Sığorta" ASC-lərin payına düşüb.
Bu şirkətlər müvafiq olaraq 71,045 milyon manat (29,6%) və 49,52 milyon manat (20,6%) ödəniş ediblər.
Ödənişlərin məbləğinə görə, 3-cü yerdə 20,022 milyon manatlıq (8,3%) göstərici ilə "Atəşgah Sığorta" ASC, 4-cü yerdə 14,72 milyon manatlıq (6,1%) göstərici ilə "Atəşgah Həyat Sığorta" ASC, 5-ci yerdə isə 14,689 milyon manatlıq (6,1%) göstərici ilə Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta") qərarlaşıb. İlk 5-liyə daxil olan şirkətlərin ümumi ödənişləri 169,996 milyon manat təşkil edib ki, bu da bazarın 70,7%-i deməkdir.
21 sığortaçı arasında ən az ödəniş edənlər isə "Naxçıvan Sığorta" (3 manat), "Amrah Sığorta" (104 min manat), "Bakı Sığorta (197 min manat) və "Rəvan Sığorta" (316 min manat) ASC-lərdir. Bu şirkətlərin ümumi ödənişləri 620 min manat təşki
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
® "Renkinq"
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 3 d. əvvəl
-
57 d. əvvəl
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Hyundai 51 mindən çox avtomobili geri çağırır
Ən çox oxunanlar
Əhali etiraz etdi, "Dino Park" qiymətləri aşağı saldı
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
Dekabrın 25-də gözlənilən hava şəraiti
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
Putin Əliyevə zəng edib
Türkiyəyə gələn xarici turistlərin sayı 50 milyonu keçib


















