Taxıl qiymətləri yenidən qalxa bilər
Bir neçə aydır dünya bazarında taxılın qiyməti sabitləşib.
Hazırda əmtəə birjalarında qarğıdalının 1 kq-ı 0,15 ABŞ dollarına, buğdanın 1 kq-ı isə 0,19 dollara realizə edilir.
Ekspertlər hesab edirlər ki, qiymətlərdə ciddi dəyişikliyin olmaması bazara təsir edən məlumatların kasadlığı ilə bağlıdır.
“İstehsal və ixrac həcmləri ilə bağlı konkret rəqəmlər olmadığından bazar iştirakçıları taxılın bahalaşmasına və yaxud ucuzlaşmasına səbəb olacaq addımlar atmağa risk etmirlər”, - əsası 1947-ci ildə ABŞ-da qoyulmuş və taxıl biznesi ilə məşğul olan “Andersons” şirkətinin mütəxəssisi Cey Smit bildirib.
Bundan başqa, taxıl istehsalı ilə məşğul olan regionlarda hava şəraitinin sabit keçməsi, eləcə də ABŞ və Çin arasında ticarət danışıqlarının hələ ki, konkret nəticə verməməsi də qarğıdalı və buğdanın ucuzlaşmasına (və yaxud bahalaşmasına) imkan vermir.
Bununla belə, bir neçə ay əvvəllə müqayisədə taxıl qiymətlərində azalma var. Məsələn, ötən ilin may ayında qarğıdalının 1 kq-ı 0,16 dollara, avqust ayında isə buğdanın 1 kq-ı isə 0,22 dollara alınıb-satılırdı. Ucuzlaşmaya böyük həcmdə taxıl idxal edən ölkələrin gözləmə mövqeyinə keçməsi səbəb ola bilər. Məsələn, Misir hökuməti taxıl almaq üçün dövlət büdcəsində nəzərdə tutulmuş 1 mlrd. dolları vəsaiti hələ ki, xərcləməyib. Amma taxıl almaq üçün qiymətlərin bundan da aşağı düşəcəyini gözləməyən ölkələr də var. Məsələn, Tunis, Suriya və Banqladeş kimi ölkələr müxtəlif həcmlərdə buğda almaq üçün beynəlxalq tenderlər elan ediblər. Tenderlərin nəticələri elan olunduqdan və taxıl alışına başlandıqdan sonra bazarda canlanma yarana və qiymətlər yenidən qalxa bilər.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)





.jpg)






