56 yaşlı rektor vəfat edib
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kollektivinə ağır itki üz verib. Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Mansur oğlu Əliyev yanvarın 7-də ömrünün 56-cı ilində vəfat edib.
Çingiz Əliyev 5 yanvar 1963-cü ildə Bakıda anadan olub. 1986-cı ildə Leninqrad (indiki Sankt-Peterburq) Su Nəqliyyatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1987 “Xəzərdənizneftdonanma” idarəsində kapitan köməkçisi kimi başlayıb. Biliyi və bacarığı hesabına qısa vaxtda kapitan vəzifəsinədək yüksələ bilib. Avropada ən böyük qaldırma gücünə (2500 t) malik kran gəmisində ən cavan kapitan kimi 5 il işləyib.
1993-1996-cı illərdə “Xəzərdənizneftdonanma” idarəsində dənizdə təhlükəsiz üzmə xidmətinin rəis müavini və rəisi, “Xəzərdənizneftdonanma” idarəsinin rəis müavini, 1996-2006-cı illərdə “British Petroleum” şirkətində dəniz işləri üzrə rəis, 2006-13-cü illərdə “Caspian Marine Services” LTD şirkətində direktor vəzifələrində çalışıb. Bu dövrdə “Günəşli” yatağında platformaların 30%-nin tikilməsində, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun 8 №li platformasının tam qurulmasında, “Çıraq” platformasının özülünün qoyulmasında iştirak edib. 2013-cü ilin dekabrından Azərbaycan Dövlət Dəniz Akademiyasında Beynəlxalq əlaqələr üzrə prorektor, 2014-cü ilin iyulundan ADDA-nın tədris və tərbiyə işləri üzrə prorektoru vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.
23 senytabr 2015-ci il tarixində texnika üzrə fəlsəfə doktorluğu dissertasiyasını uğurla müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Akademiyaya rəhbərlik etdiyi ilk gündən təhsilin keyfiyyətinin yüksəldilməsinə, təhsil prosesinin modernləşdirilməsinə çalışıb. Fəaliyyəti dövründə uğurla həyata keçirdiyi köklü struktur dəyişiklikləri, məqsədyönlü kadr siyasəti Akademiyada tədris prosesinin keyfiyyətini xeyli yaxşılaşdırıb.
Çingiz Əliyev Akademiyada tədris prosesinin yeni innovativ metodlarla təşkili və idarə olunması, tədrisin təkmilləşdirilməsi, onun elm və istehsalatla əlaqələrinin möhkəmləndirilməsi prosesini daim diqqət mərkəzində saxlayıb. ADDA-nın müasir dünya tələblərinə cavab verən maddi-texniki baza ilə təmin olunmasında, burada professor-müəllim və tələbə heyətinin səmərəli fəaliyyəti üçün hər cür şəraitin yaradılmasında əvəzsiz xidmətləri olub.
“Donanmanın fəxri işçisi” olan Çingiz Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülüb, dövlət başçımızın 21 oktyabr 2018-ci il tarixli sərəncamı ilə “Gəmiçilik sahəsində xidmətlərə görə medalı ilə təltif edilib.
17 elmi məqalənin, beş dərsliyin müəllifi olan Çingiz Əliyev ölkənin ictimai həyatında da yaxından iştirak edirdi.
Tələbkar olduğu qədər də qayğıkeş rəhbər, səmimi insan Çingiz Mansur oğlu Əliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 d. əvvəl
Unibank Yel çərşənbəsi münasibətilə 0 % komissiyalı kredit aksiyası keçirir
-
-
14 d. əvvəl
ABB-nin yeni süni intellekt köməkçiləri – AI-nur və AI-khan artıq hamıya əlçatandır!
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran müharibəsi İngiltərə Mərkəzi Bankının növbəti faiz endirimini təxirə sala bilər
-
1 saat əvvəl
Yaxın Şərqdən 200-ə yaxın Azərbaycan vətəndaşı Bakıya təxliyə olunur
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Fitch": İran münaqişəsi Azərbaycan üçün əlavə enerji gəlirləri yarada bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nizami City-dən möhtəşəm kampaniya: mənzil alan qazanır - FOTO / VİDEO
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İran müharibəsi İngiltərə Mərkəzi Bankının növbəti faiz endirimini təxirə sala bilər
Çinin ticarət profisiti rekord səviyyəyə yüksəlib
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Azərbaycan İrana humanitar yardım göndərdi
Trampdan "neftlə bağlı bəzi sanksiyalara güzəşt" açıqlaması
Rəsmi məzənnələr açıqlandı
Neft müharibənin bitəcəyinə dair siqnallar fonunda ucuzlaşıb
























