Pomidor birinciliyini qoruyur - “İXRAC İCMALI” AÇIQLANDI
2018-ci ilin yanvar-noyabr aylarında qeyri-neft sektoru üzrə 1 milyard 532 milyon ABŞ dolları dəyərində mal ixrac olunub
Azexport.az portalına 2018-ci ilin ilk 11 ayında 433 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin dekabr sayı təqdim olunub.
"Marja"nın məlumatına görə, İcmalın bu sayında göstərilir ki, 2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Respublikasının ixracı 17,9 milyard ABŞ dolları təşkil edib.
Bu müddətdə qeyri-neft sektoru üzrə ixrac isə 1 milyard 532 milyon ABŞ dolları təşkil edib. 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-noyabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 145 milyon ABŞ dolları və ya 10,5 faiz artıb.
Bu ilin yanvar-noyabr ayları ərzində Rusiyaya 555,4 milyon, Türkiyəyə 321,3 milyon, İsveçrəyə 123,3 milyon, Gürcüstana 117,1 milyon və Qazaxıstana 41,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 11 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 12%, Türkiyəyə 22%, Qazaxıstana 42% artıb, İsveçrəyə 8%, Gürcüstana isə 3% azalıb.
2018-ci ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (162,2 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 107,2 milyon ABŞ dolları) ikinci olub. Xurma isə (89,1 milyon ABŞ dolları) bu siyahıda üçüncü yerdə qərarlaşıb.
Ümumiyyətlə 2018-ci ilin yanvar-noyabr ayları ərzində meyvə-tərəvəz ixracı 495 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 110,3 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 106,6 milyon, elektrik enerjisinin ixracı 65 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 78,9 milyon, pambıq lifi ixracı 70,9 milyon, kimya sənayesi məhsullarının ixracı 73,3 milyon, pambıq ipliyi ixracı 21,3 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 11 ayında pambıq lifinin ixracı 2,5 dəfə, elektrik enerjisinin ixracı 58 faiz, pambıq ipliyinin ixracı 44 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 25 faiz, meyvə-tərəvəzin ixracı 9 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 7 faiz, kimya sənayesi məhsulları 1 faiz artıb.
2018-ci ilin noyabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 181 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin noyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısına Rusiya (88,4 milyon ABŞ dolları) başçılıq edib. Daha sonra bu siyahıda Türkiyənin (27,5 milyon ABŞ dolları), Gürcüstanın (10,6 milyon ABŞ dolları), İsveçrənin (8,9 milyon ABŞ dolları), Ukraynanın (7,8 milyon ABŞ dolları) və digər ölkələrin adları var.
Bu ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (45,2 milyon ABŞ dolları) birinci, qabığı təmizlənmiş meşə fındığı (14,5 milyon ABŞ dolları) isə ikinci olub. Bu siyahıda pomidor (12,3 milyon ABŞ dolları) isə üçüncü yeri tutub.
“İxrac İcmalı”nda 2018-ci ilin yanvar-noyabr ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də ətraflı informasiya verilib.
Göstərilib ki, 2018-ci ilin yanvar-noyabr aylarına Azexport.az portalına 479 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-noyabr aylarında Azexport.az portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 8 faiz artıb. Bu ilin noyabr ayı ərzində isə Azexport.az portalına daxil olan sifarişlərin dəyəri 46 milyon ABŞ dolları təşkil edib.
2018-ci ilin 11 ayında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Rusiya (17,4%), ABŞ (8,5%), Türkiyə (5,5%), Ukrayna (4,4%) və Hindistan (4,4%) qərarlaşıb.
Daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olub ki, bu ilin noyabr ayında ən çox ixrac sifarişi xiyar, pomidor, soğan, yerkökü, fındıq, pambıq, pampıq yağı, bal, şərab, tütün, nar şirəsi, göbələk, nar, kartof, yun, çay, ipək xalça, konservləşdirilmiş tərəvəzlər, mühərrik yağı, kərə yağı, tikinti materialları, mebel dəsti, metal məhsullar, şokoladlı yağ, zəfəran, meyvə şirəsi, xurma qurusu, kələm, feyxoa cemi, tibbi tənzif, mineral su və s. mallara daxil olub.
Ümumilikdə isə 2017-ci ilin yanvar ayından 2018-ci ilin 30 noyabr tarixinə kimi (23 ay ərzində) Azexport.az portalına dünyanın 111 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 954 milyon ABŞ dolları təşkil edib.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 34 d. əvvəl
-
- 39 d. əvvəl
-
49 d. əvvəl
bp şirkəti Azərbaycanda iri müqavilə bağladı - ÜMUMİ DƏYƏRİ 1 MİLYARD DOLLARDAN ÇOX OLA BİLƏR
-
58 d. əvvəl
“Dövlət borcunun idarə edilməsinə dair Strategiya” hazırlanacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bərpa, Tikinti və İdarəetmə Xidməti 3,2 milyon manat xalis mənfəət əldə edib
- 12 saat əvvəl
-
15 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 16 saat əvvəl
-
16 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Naxçıvanda 1- 9 nömrəli şəhərdaxili və Bakının 142 nömrəli şəhərətrafı avtobus marşrutu bu şəxslərə verildi
Azərbaycan neftinin son qiyməti - 2 dollardan çox bahalaşıb
“Dövlət borcunun idarə edilməsinə dair Strategiya” hazırlanacaq
Nazirlikdə dövlət borcu yığıncağı
Ən çox oxunanlar
BOKT investorlara illik 18% gəlir təklif edir
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib























