Hüseynqulu Bağırov ittihamlara cavab verdi
Bəzi kütləvi informasiya vasitələri keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun xaricdə mülklərinin olmasına dair siyahı dərc edib. Eks-nazirin oğlu və qızının xaricdə şirkətlər yaratdığı da həmin yazılarda vurğulanıb.
Hüseynqulu Bağırov bildirib ki, yazılanlar həqiqət deyil.
“Təəssüflə qeyd edirik ki, bəzi sosial şəbəkə istifadəçiləri dəqiqləşdirilməmiş, bəlkə də bəzən məqsədli şəkildə digərlərinin nüfuzuna xələl gətirə biləcək məlumatları yayımlayırlar.
Məlumat üçün bildirək ki, Qərb Universiteti qurularkən onun təsisçisi Hüseynqulu Bağırov nazir deyildi.
Yazıda adı çəkilən şirkətlərin, mülklərin heç birinin sahibi nə Hüseynqulu Bağırov, nə də oğludur.
90-cı illərin ortalarında Universitet otelçilik ixtisasını gücləndirmək məqsədi ilə Otelçilik Məktəbi yaradıb, onun nəzdində kiçik bir otel də olub. Sonralar bu otel öz hesabına nisbətən böyüyərək ortaölçülü bir otelə çevrilib.
2000-ci ildə Hüseyn Bağırov nazir təyin edilərkən qanunun tələblərinə uyğun olaraq universitetin təsisçiliyindən imtina edib.
Universitet bu illər ərzində tam şəffaf fəaliyyət göstərib, keyfiyyətli təhsili, eləcə də nümunəvi vergi ödəyicisi olması ilə seçilib. Universitet və ona yaxın təşkilatlar, şirkətlər tərəfindən, eləcə də Otelçilik Məktəbi tərəfindən 2001-ci ildən bu günə qədər dövlət büdcəsinə 15 milyon manatdan çox vergi ödənilib.
Qərb Universiteti (indiki Qərbi Kaspi Universiteti) həm də yaxşı beynəlxalq əlaqələrə malikdir. Almaniyada adı çəkilən şirkəti də universitet təsis edib. Bu, universitetin hüquqi baxımından haqqıdır. Doğrudur, sonradan bu şirkət satılıb, direktor olaraq isə formal olaraq Lətif Bağırovun adı sənədlərdə qalıb. Əvvəlki halda da nə universitet, nə də Lətif Bağırov heç bir mülkün sahibi olmayıb, mülkiyyət sahibləri başqa şəxslər olub.
Bu gün də Lətif Bağırov nə Almaniyada, nə də İngiltərədə hər hansı mülkün sahibi deyil. İngiltərədə şirkətlərin qurulması üçün cəhdlər edilib, ancaq bu cəhdlər yekunda uğursuzluqla nəticələnib ya da şirkət qeydiyyatdan keçirilib, ancaq fəaliyyət olmayıb. Yazıda göstərilən məlumatlar həqiqəti əks etdirmir.
Arayış üçün bildiririk ki, Lətif Bağırov hərbi xidmətini ölkənin mürəkkəb nöqtələrindən birində çəkib, orada səhhətində ciddi problemlər yaranıb, buna baxmayaraq, Bakıya qayıdaraq, müalicə aldıqdan sonra yenidən hərbi xidmət yerinə qayıdıb. Vətən qarşısında borcunu əsgər kimi, daha sonra isə nümunəvi vətəndaş və vergi ödəyicisi kimi layiqincə yerinə yetirib.
Məlumat üçün deyək ki, Lətif Bağırov bu gün Türkiyədə müəyyən kiçik biznes layihələr həyata keçirməyə cəhd edir. Bu da onun təbii haqqıdır.
Əgər dövlət qulluqçusu olsaydı, hansısa vəzifə tutsaydı, kimlərsə bunu Hüseynqulu Bağırovun təmin etdiyini deyəcəkdi. Və ya böyük biznesə sahib olsaydı, yəqin ki,yenə anoloji mövqe təkrarlanacaqdı. Atasının nazir və ya keçmiş nazir olmasına görə, o, hər hansı bir fəaliyyətlə, o cümlədən bizneslə məşğul ola bilməzdimi?! Xaricdə, hansısa əlavə təsir imkanlarının mümkün olmadığı bir ölkədə gənc biznesmen həmvətənimizin kiçik biznes cəhdlərinə qarşı bu cür qısqanclıq, təəccüb və təəssüf doğurur”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Modern
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
-
12 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
15 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
16 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 16 saat əvvəl
-
16 saat əvvəl
BOKT “Qafqaz-Kredit” 2025-ci ili zərərlə başa vurub — kredit portfeli azalıb
-
16 saat əvvəl
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
Ən çox oxunanlar
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb





















