Azərbaycan iqtisadiyyatında artım sürətləndi
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 1% artaraq 72 milyard 432,1 milyon manata çatıb.
“Marja”nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əlavə dəyərin istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən iqtisadiyyatın qeyri-neft sektorunda 1,3%, neft sektorunda isə 0,3% artıb.
ÜDM-in 45,2%-i sənayedə, 9,3%-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,8%-i tikintidə, 6,4%-i nəqliyyat və anbar təsərrüfatı, 5,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5%-i informasiya və rabitə sahələrində, 15,1%-i digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər ÜDM-in 8%-ni təşkil edib.
Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 9,2%, nəqliyyat və anbar təsərrüfatı sahələrində 7,9%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,6%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,6%, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,7%, sənayedə 1,3%, digər xidmət sahələrində 0,7% artıb, tikintidə isə 13,1% azalıb.
Əhalinin hər nəfərinə düşən ÜDM 7 min 378,5 manata bərabər olub.
2018-ci ilin yanvar-oktyabr aylarında ölkənin ümumi daxili məhsulu 0,8 faiz artaraq 65 milyard 233 milyon manata çatmışdı. Əlavə dəyərin istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən iqtisadiyyatın qeyri-neft sektorunda 1,0 faiz, neft sektorunda isə 0,3 faiz artmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
43 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
44 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib






.jpg)
.jpg)









.jpg)









