Qeyri-neft məhsulları ixracının həcmi açıqlandı
2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 104 ölkəyə məhsul ixrac olunmuş, 171 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 26 milyard 534,3 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 17 milyard 281,7 milyon dollar, idxalın dəyəri 9 milyard 252,6 milyon dollar təşkil etmiş, nəticədə 8 milyard 29,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.
2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 36,4 faiz, o cümlədən ixrac 38,3 faiz, idxal 33,0 faiz artmışdır. Real ifadədə isə dövriyyə 1,3 faiz, o cümlədən ixrac 1,0 faiz, idxal 1,9 faiz artmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 27,7 faizini İtaliyaya, 9,3 faizini Türkiyəyə, 6,3 faizini İsrailə, 4,7 faizini Hindistana, hər biri 4,5 faiz olmaqla Çexiya və Tayvana (Çinin əyaləti), 4,3 faizini Almaniyaya, 3,5 faizini Kanadaya, 3,4 faizini İndoneziyaya, 3,2 faizini Rusiyaya, 3,0 faizini Portuqaliyaya, 2,8 faizini Fransaya, 2,7 faizini Gürcüstana, qalan 20,1 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,0 faizi Rusiya, 14,2 faizi Türkiyə, 10,3 faizi Çin, 5,7 faizi Almaniya, 4,9 faizi ABŞ, 4,4 faizi İsveçrə, 3,9 faizi Ukrayna, 3,7 faizi Yaponiya, 3,3 faizi İran, 3,0 faizi İtaliya, 2,1 faizi Birləşmiş Krallıq, 1,8 faizi Cənubi Afrika Respublikası, 26,7 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2018-ci ilin yanvar-oktyabr aylarında 1 milyard 351,1 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilin yanvar-oktyabr aylarına nisbətən faktiki qiymətlərlə 10,9 faiz, real ifadədə isə 1,7 faiz çoxdur.
2018-ci ilin yanvar-oktyabr aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 22,6 faiz, kartof – 15,5 faiz, bitki yağları – 2,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2,0 dəfə, meyvə və tərəvəz konservləri – 10,2 faiz, polietilen – 21,9 faiz, emal olunmamış alüminium – 16,8 faiz, pambıq lifi – 2,2 dəfə, qara metallardan borular – 5,1 faiz, pambıq ipliyi – 28,0 faiz artmış, təzə tərəvəz ixracı isə 3,8 faiz, şəkər – 32,2 faiz, tütün – 14,8 faiz, meyvə və tərəvəz şirələri – 13,0 faiz, çay – 23,7 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 8,7 faiz, qara metallardan yarımfabrikatlar – 61,1 faiz, bentonit gili – 10,4 faiz azalmışdır.
2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2018-ci ilin yanvar-oktyabr aylarında təzə meyvə idxalı 49,5 faiz, çay – 0,4 faiz, quş əti və onun əlavə məhsulları – 22,7 faiz, qara metallardan borular – 1,9 dəfə, minik avtomobilləri – 2,4 dəfə, qara metallardan çubuqlar – 30,4 faiz, mineral gübrələr – 59,7 faiz, mebellər – 28,1 faiz, hesablama maşınları, blok və qurğuları – 14,0 faiz, polietilen – 31,5 faiz, məişət kondisionerləri – 36,9 faiz, yük avtomobilləri – 2,2 dəfə, paltaryuyan maşınlar – 11,0 faiz, sement və sement klinkerləri – 51,2 faiz, avtobuslar – 20,9 faiz, məişət soyuducuları – 1,9 dəfə artmış, buğda idxalı isə 0,4 faiz, siqaret – 3,3 faiz, bitki yağları – 0,7 faiz, xam şəkər və şəkər – 40,2 faiz, kərə yağı, digər süd yağları və pastaları – 19,6 faiz, kartof – 17,0 faiz, mal əti – 10,2 faiz, təzə tərəvəz – 45,1 faiz, polad prokatı – 10,3 faiz, rezin şinlər – 6,0 faiz, qara metallardan künclüklər – 2,9 faiz azalmışdır.
Müştərilərin xəbərləri
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 17 d. əvvəl
-
-
18 d. əvvəl
12 bankın xalis mənfəəti azalıb - Ən çox azalma “Azər-Türk Bank”da olub
- 24 d. əvvəl
-
28 d. əvvəl
Kapitaldan istifadə vəziyyəti 22 bankdan 9-da yaxşılaşıb, 13-də isə pisləşib
-
41 d. əvvəl
Azərbaycan bankları faiz xərclərini faiz gəlirləri ilə ödəyə bilirmi? - ARAŞDIRMA
-
58 d. əvvəl
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
OpenAI-nin yeni maliyyələşdirmə turu 100 milyard dolları aşa bilər
-
1 saat əvvəl
Putinin nümayəndəsi: ABŞ ilə mümkün layihələrin dəyəri 14 trilyon dollardan çoxdur
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub
Ən çox oxunanlar
OpenAI-nin yeni maliyyələşdirmə turu 100 milyard dolları aşa bilər
Naxçıvanda 1- 9 nömrəli şəhərdaxili və Bakının 142 nömrəli şəhərətrafı avtobus marşrutu bu şəxslərə verildi
Azərbaycan neftinin son qiyməti - 2 dollardan çox bahalaşıb
bp şirkəti Azərbaycanda iri müqavilə bağladı - ÜMUMİ DƏYƏRİ 1 MİLYARD DOLLARDAN ÇOX OLA BİLƏR
“Dövlət borcunun idarə edilməsinə dair Strategiya” hazırlanacaq
Rəsmi məzənnələr açıqlandı























