Şahbazov və Mazrouei neftin ucuzlaşmasının qarşısının alınmasını müzakirə edib
Vyanada səfərdə olan energetika naziri Pərviz Şahbazov OPEC Konfransının prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail Mohamed Al Mazrouei ilə görüşüb.
Energetika Nazirliyindən bildirilib ki, görüşdə qlobal neft bazarının cari vəziyyəti nəzərdən keçirilib. Neftin ucuzlaşmasının qarşısının alınması, bazarda sabitliyə nail olmaq məqsədilə mümkün variantlar üzrə müzakirə aparılıb. Bildirilib ki, hazırda OPEC+ ölkələrinin neft istehsalını azaltmaları təklifi səsləndirilir. Lakin neft bazarının gələcək inkişaf istiqaməti ilə bağlı fikirlər OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin bugünkü iclasında aydınlaşacaq.
Söhbət zamanı Azərbaycanın OPEC+ əməkdaşlıq formatında rolu, eləcə də Birləşmiş Ərəb Əmirlikləri ilə ölkəmiz arasında enerji sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
Hər kəs “Capital Partners”in ofisinə yaxınlaşmaqla "PAŞA Bank"ın səhmlərinə abunə yazıla bilər - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 16 d. əvvəl
-
-
31 d. əvvəl
“PAŞA Bank” 2025-ci ili 178 milyon manatdan xalis mənfəətlə başa vurub
-
38 d. əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
15 saat əvvəl
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
- 16 saat əvvəl
-
17 saat əvvəl
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub
- 18 saat əvvəl
-
18 saat əvvəl
2 otaq studiyadan 4 otaqlıya qədər: “Park Yasamal”da yeni mənzillər satışdadır!
-
19 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət - 5 milyon manatlıq boru istehsalı layihəsi
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub
Naxçıvan şəhərində yeni tikiş fabriki fəaliyyətə başlayıb
Ən çox oxunanlar
"SpaceX" IPO üçün səhm qiymətini 135 dollar müəyyənləşdirib — şirkətin dəyəri 1,77 trilyon dollar qiymətləndirilir
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
İyunun 5-nin hava proqnozu - 32 dərəcəyədək isti gözlənilir
























