Neftin ucuzlaşmasının səbəbləri
Səudiyyə Ərəbistanının, hasilatının rekord səviyyəyə qalxdığını açıqlaması neft qiymətlərinin növbəti dəfə düşməsinə səbəb olub.
"Marja" xəbər verir ki, Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih, Səudiyyənin neft hasilatının gündəlik 10.7 milyon barrelin üzərində olduğunu bildirib. Bu da rekord səviyyələrə işarə edir. Digər tərəfdən, ABŞ-da xam neft ehtiyatları ardıcıl 9-cu həftədə də yüksəlib, bu da 2017-ci ilin Mart ayından bəri ən uzunmüddətli trenddir.
Noyabrın 5-də ABŞ-ın bəzi ölkələri İran sanksiyalarından azad etməsi neft qiymətlərinin düşməsinə təkan vermişdir. 8 ölkə İrandan neft almaqda davam edəcək və İranın ixracı tamamilə dayanmayacaqdır.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
Treyderlər bildirirlər ki, Trampın OPEC və Səudiyyə Ərəbistanına aşağı qiymət üçün təzyiq göstərməyə davam etməsi və ABŞ-da artan ehtiyatlar qiymətlərin düşməsinə səbəb olur. OPEC və tərəfdaşlarının hasilatın azaldılması məsələsində razılığa gəlmələri oyunu dəyişdirə bilər.
Brent neftin qiyməti 1.1% də düşərək 61.68 dolları, Qərbi Texas nefti isə 52.82 dolları görüb. Neft qiymətləri Oktyabr ayının əvvəlindən bəri 30% düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
- 3 d. əvvəl
-
- 16 d. əvvəl
- 18 d. əvvəl
-
30 d. əvvəl
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
- 40 d. əvvəl
-
1 saat əvvəl
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
Ən çox oxunanlar
26 dərəcə isti gözlənilir - Aprelin 3-ə olan hava proqnozu
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı
Azərbaycanın lombard şirkətinə əlavə maya qoyulur
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın


















