“AGBank”-a dəstək yenə də mövcud səhmdarlardan gəldi
Xəbər verdiyimiz kimi, “AGBank”ın bu ilin yayında emissiya etdiyi 5,8 milyon manat məbləğində səhmlərinin 13 Noyabr 2018-ci il tarixində Bakı Fond Birjasında satışına başlanılıb.
“AGBank”, səhmlərin yerləşdirilməsi üzrə müəyyən olunmuş tarix başa çatmadan ətraflı məlumat açıqlamaq istəmir.
Bankın İdarə Heyətinin sədri Əfqan Cəlilov “Marja”ya bildirdi ki, yerləşdirəmə üzrə müəyyən olunmuş 10 günlük vaxt 22 Noyabr 2018-ci il tarixində başa çatdıqdan sonra bu barədə ətraflı danışa bilər: “Sadəcə bunu qeyd edə bilərəm ki, səhmlərin alışı barədə ilkin təklif mövcud səhmdarlardan daxil olub”.
“9 avqust 2018-ci il tarixində başlamış abunə yazılışı 9 noyabr 2018-ci il tarixində yekunlaşmıdır. 13 Noyabr 2018-ci il tarixindən isə yerləşdirmə başlamışdır və 22 Noyabrda başa çatacaqdır. Yerləşdirmə başa çatmadığından sifarişlər barədə danışmaq istəmirəm. Səhmləri əldə etmək üçün müraciətlər var. Müraciət edənlərdən fikrini dəyişənlər ola biləcəyindən əqdlər bağlandıqdan sonra danışa bilərik”,- Ə.Cəlilov bildirdi.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
Əfqan Cəlilov qeyd etdi ki, kənar şəxslər maraq göstəmədiyi halda səhmləri almaqda maraqlı olan mövcud səhmdarlar var: “Biz həmişə şərait yaradırıq ki, kənardan abunə yazılışı olsun və yeni səhmdarlar cəlb edək. Kənardan maraq olmadığı halda səhmlər mövcud səhmdarlar tərəfindən əldə edilə bilər”.
“AGBank”ın İdarə Heyətinin sədri mövcud səhmdarların 5,8 milyon manatlıq səhmləri tamamilə alıb-almayacağı barədə məlumatı olmadığını dedi:
“Bu mövcud səhmdarların maliyyə imkanlarına baxır. Biz emissiya etdiyimiz 7 milyon manatlıq səhmlərin birinci dəfə 1,2 milyon manatlıq hissəsinin yerləşdirilməsinə nail olduq. Ola bilsin ki, bu dəfə də qalan 5,8 milyon manatlıq səhmin bir hissəsi alınsın. Qalan hissəni də qanunverciliyə əsasən növbəti mərhələdə yerləşdirməyə cəhd edəcəyik”.
Emissiyanın “İnformasiya memorandumu”nda qeyd edilir ki, kütləvi təklif olunan əlavə səhmlərin yerləşdirilməsi aşağıdakı ardıcıllıqla həyata keçiriləcək:
-ilk 2 iş günü ərzində üstünlük hüququna malik olan səhmdarlar arasında səhmlərin yerləşdirilməsi;
-digər investorlar arasında səhmlərin yerləşdirilməsi.
Xatırladaq ki, “AGBank”ın kapitalının artırılması məqsədilə hər birinin nominal dəyəri 2 manat olan 5,8 milyon manat məbləğində 2,9 milyon ədəd adi səhmləri emissiya edilib və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 26 iyul 2018-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Səhmlərın yerləşdirilməsi kütləvi təklif üsulu ilə Abunə yazılışı formasında “Unicapital İnvestsiya Şirkəti” ASC vasitəsi ilə Bakı Fond Birjasında satış qiyməti 2.00 (iki) manat olmaq şərti ilə həyata keçirilir.
“PROBLEMLİ KREDİTLƏRİN YIĞILMASINA FOKUSLANMIŞIQ”
Əfqan Cəlilov əlavə etdi ki, hazırda “AGBank” problemli kreditlərin yığılmasına fokuslanıb. Problemli kredilər geri alındıqca bu məqsədlə yaradılmış ehtiyatlar azad olacaq və mənfəətə çevriləcəkdir. Əldə ediləcək mənfəətin də kapitala yönəldilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 30 Sentyabr 2018-ci il tarixində “AGBank”40 milyon 381 min manat məcmu kapitala malik olub. Bank 9 ayı 3 milyon 159 min manat əməliyyat, 6 milyon 122 min manat xalis zərər ilə başa vurub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 41 d. sonra
-
- 25 d. əvvəl
- 38 d. əvvəl
-
1 saat əvvəl
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
-
2 saat əvvəl
Azərbaycanda "kağızsız hökumət"ə keçid 2028-ci ilin iyul ayında başa çatacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Mərkəzi Bank Rəqəmsal Valyuta Platforması tətbiq edəcək
Azərbaycanda "Fondlar Fondu"nun yaradılması planlaşdırılır
Rəqəmsal İnkişaf Şurası yaradıldı, tərkibi təsdiq edildi
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
Fevralın 28-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
"Netflix" şirkəti "Warner Bros. Discovery" üçün verdiyi təklifi artırmayacağını açıqlayıb
"Epoint" şirkəti "FinTech Lab”ın açılışında






















