“Nar”-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək
“Nar” və ADA Universiteti arasında əldə olunan əməkdaşlıq sazişinə əsasən, mobil operator universitetdə yüksək nəticələr göstərən tələbələrə dəstək olacaq.
Əməkdaşlıq çərçivəsində “Nar” da ADA Universiteti Fonduna öz təhfəsini verəcək və universitetin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunda təhsil alan və fərqlənən tələbələrinin təqaüdünü ödəyəcək. Qeyd edək ki, 2017-2018-ci tədris ili üzrə ADA Universitetində Kompüter Mühəndisliyi, İnformasiya Texnologiyaları və Kompüter Elmləri ixtisasları üzrə təhsil alan 50-yə yaxın tələbənin təqaüdü ADA Universiteti Fondu tərəfindən ödəniləcək. Noyabrın 12-də ADA Universitetində təqaüd qazanmış tələbələrə təqaüd kartlarının təqdim olunması mərasimi keçirilib və onlara xüsusi sertifikatlar verilib.
“Nar” və ADA Universiteti arasında əməkdaşlıq çərçivəsində nəzərdə tutulmuş layihələr arasında yüksək nəticələr göstərən tələbələrə dəstək üçün ADA Universiteti Fondu ilə əməkdaşlıqla yanaşı, startap layihələri dəstəkləyən ADA İnnovasiya Mərkəzi ilə tərəfdaşlıq, ADA-nın tələbə və məzunları üçün karyera və təcrübə imkanlarının təklif edilməsi, Universitetin ixtisasartırma proqramlarına “Nar” operatoru əməkdaşlarının cəlb edilməsi kimi tədbirlər mövcuddur.
Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar”ın bu təşəbbüsü tələbələrin dərslərində daha uğurlu olmalarına xidmət edir. ADA Universiteti ilə “Nar” arasındakı əməkdaşlıq ölkədə təhsil və maariflənmənin inkişafına, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində mütəxəssislərin yetişdirilməsinə böyük töhfə verəcək.
“Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 21 saat əvvəl
-
- 21 saat əvvəl
-
23 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























