Azərbaycanın iri şirkəti qənnadı sektoru üçün seminar təşkil etdi- İLK DƏFƏ
Ölkənin ən nüfuzlu şirkətlərindən olan “Veysəloğlu” Şirkətlər Qrupunun nümayəndəsi “Vesta Horeka” MMC öz partnyoru “EFKO” Şirkətlər Qrupu ilə birlikdə respublikada fəaliyyət göstərən qənnadı və şirniyyat müəssisələri üçün ilk dəfə olaraq yağ və süd məhsullarından istifadə barəsində seminar təşkil edib.
“EFKO” şirkətinin qida qatqılarının assortiment və tətbiq imkanları” adlı seminarına onlarla sex, fabrik və şirniyyat evlərinin nümayəndələri qoşulub.
Tədbiri açıq elan edən “Vesta Horeka” MMC-nin ARGE ( Araşdırma və genişləndirmə) və İdxalat üzrə şöbə müdiri Sevda Hacıyeva bilidirib ki, bu seminarı təşkil etməkdə məqsəd yerli bazarda etibarlı yağ məhsulunun tanıtımını təşkil etmək, dolayısı ilə insanlara daha keyfiyyətli və ləzzətli qənnadı məhsulları təqdim etməyə yardımçı olmaqdır. “Bu gün Avrasiya iqtisadi zonasında ən böyük günəbaxan yağı istehsalçısı, həmçinin Rusiyanın qida sənayesinin ilk üçlüyündən biri olan “EFKO” Şirkətlər Qrupu qısa müddət ərzində Azərbaycanda yağ bazarında 50% paya malik olmağı bacarıb. Bu isə o deməkdir ki, həm EFKO, həm də EFKO-nun rəsmi nümayəndəsi Vesta Horeka ilk növbədə keyfiyyətə və ekoloji baxımdan təhlükəsizliyə üstünlük verir” – deyə, yerli nümayəndə qeyd edib.
Ardınca çıxış edən “EFKO” Şirkətlər Qrupunun nümayəndəsi Alyona Surkova şirkətin sertifakasiya sistemindən bəhs edərkən bildirib ki, EFKO bir qida müəssisəsi olaraq tələb olunan bütün sertfikatlara - İSO 9001-2011, İSO 9001:2008, IFS Food, BRC Global, Kosher, Sedex və s. - malik olmaqla yanaşı, o, məhsul ixrac etdiyi müsəlman ölkələrini də nəzərə alaraq 2015-ci ildə Halal sertfikatını qazanıb və istehsalat prosesini bütün sertifikatların tələblərin uyğun aparmaqdadır.
Daha sonra tədbir iştirakçılarına “Yağ hasilatının təhlükəsizliyi və keyfiyyət göstəricilərinin yoxlanılması metodları”, “Şirniyyat, süd və süd məhsullarının istehsalında qlobal tendensiyalar” kimi mövzularda təqdimatlar göstərilib, seminarın interaktiv şəkildə keçirilməsi təmin olunub.
O da qeyd olunmalıdır ki, tədbirə ev sahibliyi edən “Vesta Horeka” MMC mütəmadi olaraq yerli sahibkarlar üçün “EFKO” fabrikini və fabrikdə istehsal prosesini yaxından görmək üçün fabrikin yerləşdiyi Alekseyevka şəhəri - EFKO fabrikinə səfərlər təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
5 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
10 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
10 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)








