Azərbaycanda ofşor şirkətlərin gəlirləri vergiyə cəlb edilə bilər
Azərbaycanda ofşor şirkətlərlə həyata keçirilən əməliyyatlar üzrə gəlirlərin vergiyə cəlb edilməsi nəzərdə tutulur.
Bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi məsələlər, sənaye və sahibkarlıq və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iclasında deyib.
Nazir qeyd edib ki, Vergi Məcəlləsinin 14-cü maddəsi vergitutma məqsədləri üçün tərəflər arasında aparılan əməliyyatda malların (işlərin, xidmətlərin) bazar qiymətinin müəyyən edilməsini tənzimləyir:
“Bu maddənin mövcud redaksiyası rezident vergi ödəyicisinin ölkə hüdudlarından kənarda təsis edilmiş vergi ödəyiciləri ilə apardıqları əməliyyatlarda gəlir və xərclərinin düzgün bölüşdürülməsinə nəzarət etməyə imkan vermir. Belə halların qarşısının alınması məqsədilə ölkə hüdudlarından kənarda, o cümlədən vergi sığınacağı (ofşor) hesab edilən dövlətlərdə və ya ərazilərdə, təsis edilmiş şəxslərlə həyata keçirilən əməliyyatlar üzrə əldə edilən gəlirlərin transfer qiymətləri tətbiq edilməklə vergiyə cəlb edilməsi üçün layihəyə müvafiq maddələr daxil edilib”.
F.Məmmədovb əlavə edib ki, layihədə transfer qiymətlərinin təqvim ili ərzində yuxarıda qeyd edilən hər bir şəxs üzrə ümumi dəyəri 500 min manatdan artıq olan əməliyyatlara tətbiq edilməsi nəzərdə tutulub:
“Qanun layihəsinə bu istiqamətdə dəyişiklik hazırlanarkən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının tövsiyələri öyrənilib, beynəlxalq ekspertlərin rəyləri nəzərə alınıb. Transfer qiymətqoyma Avropa İttifaqına daxil olan ölkələrdə, ABŞ-da və s dövlətlərdə tətbiq olunur”.
Nazir vurğulayıb ki, dövlət başçısının müvafiq sərəncamı ilə vergi orqanlarına Azərbaycan rezidentlərinin güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə (ofşor zonalarda) yaradılmış müəssisələrlə əməliyyatlarına səmərəli nəzarət mexanizmlərinin qurulması tapşırılıb:
“Bu mexanizmlərin tətbiqində məqsəd ofşorlarda yaradılmış müəssisələr vasitəsilə müxtəlif sxemlərdən istifadə edərək gəlir və mənfəətlərini Azərbaycanda vergidən yayındıran şəxslərin müəyyənləşdirilməsi və həmin əməliyyatların qanunvericiliyə müvafiq qaydada vergiyə cəlb edilməsini təmin etməkdən ibarətdir. Bu məqsədlə layihəyə güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlər və qeyri-rezidentlərin Azərbaycandakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlərin Azərbaycan mənbəyindən gəlirlərə aid edilməsini və həmin ödənişlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə verginin tutulmasını nəzərdə tutan müddəalar daxil edilib”.
Onun sözlərinə görə, bu dəyişiklik beynəlxalq təcrübədə tətbiq olunan, vergi sığınacaqlarına köçürülərək vergidən yayındırılan gəlirlərlə mübarizə sahəsində atılan addımlardan biridir. Analoji müddəalar Latviya, Estoniya, Qazaxıstan və Gürcüstan kimi öklərin qanunvericiliyində nəzərdə tutulub.
©Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















.jpg)



