AQTA-da qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
Oktyabrın 31-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlarla görüşüb.
Görüşdə əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsinin qarşıda duran əsas vəzifə olduğunu bildirən Agentlik sədri ölkəyə təhlükəsiz və beynəlxalq standartlara uyğun qida məhsullarının idxal edilməsinin qida təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Bildirilib ki, son illər Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə həyata keçirilən islahatlar, kənd təsərrüfatı və qida sənayesi sektorunda müasir standartların tətbiq olunması yerli istehlakçıların hüquqlarının müdafiə olunmasına və idxal prosesi zamanı qida məhsullarının təhlükəsizliyinin təmin olunmasına nəzarət imkanlarını genişləndirməkdədir.
Q. Təhməzli son dörd ayın göstəricilərinə əsasən ölkəyə qida məhsulları idxal edən 56 şirkətin fəaliyyətini mövcud qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirdiyini və onların bu sahədəki digər şirkətlər üçün nümunə olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, cari ilin noyabr ayının 1-dən etibarən həmin şirlkərlərin idxal prosesləri zamanı risk əsaslı sadələşdirilmiş nəzarət sistemi tətbiq olunacaq.
Qida zəncirinin bütün mərhələlərində, eləcə də, qida məhsullarının tədarükü, qablaşdırılması, saxlanması, daşınması və dövriyyəsi zamanı qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyini vurğulayan Agentlik sədri ölkəyə təhlükəsiz və yüksək keyfiyyətli qida məhsullarının idxalı istiqamətində bundan sonra da sahibkarlara hər cür metodiki köməkliyin göstəriləcəyini və qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi işinin davam etdiriləcəyini bildirib.
Daha sonra qida məhsullarının idxalı ilə məşğul olan sahibkarların problemləri dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 16 d. əvvəl
-
- 21 d. əvvəl
-
39 d. əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
45 d. əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
46 d. əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət, Azərbaycanın və xalqın mənafelərinə zərər vuran biznesi investordan alacaq
-
1 saat əvvəl
Ekspertiza müddəti azalaca - "Patent haqqında" qanuna dəyişikliklər edilir
-
1 saat əvvəl
İcbari qaydada sığortalanan obyekt və mənzillərin sayı 200 minə yaxınlaşıb
-
1 saat əvvəl
Pensiya kapitallarının istehlak qiymətləri indeksi 5,6 faiz artırılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Fevralın 11-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bu həftə Rusiya Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
ABB təcrübəsi qlobal jurnalın 100 illik yubiley buraxılışında!
Qazaxıstan üzərindən yüklərin Çindən Xəzər dənizinə çatdırılması 55 saata qədər sürətlənə bilər
ABŞ Ermənistana 11 milyon dollarlıq PUA satır




























