“Elit Academy”dən dələduzluq iddialarına münasibət - "FORS-MAJORLA QARŞILAŞMIŞDIQ"
Xaricdə təhsil xidmətləri təqdim edən “Elit Academy” şirkəti yayılan bəzi xəbərlərə münasibət bildirib.
Şirkətin direktoru Rüstəm Kərimzadə ”Marja”ya təqdim etdiyi açıqlamada qeyd edib ki, “Elit Academy” 2012-ci ildə qurulmuş xaricdə təhsil şirkətidir. Azərbaycandan Türkiyə Universitetlərinə tələbələri istənilən təhsil səviyyəsi üzrə göndərməklə fəaliyyətinə başlamışdır. Artıq sadəcə Azərbaycandan deyil, İraq, İran, Gürcüstan, Özbəkistan və s. ölkələrdən Türkiyə universitetlərinə tələbə göndərir. 2017-ci ilə qədər tələbə sayı 4500-ü keçmişdir. Bu il Azərbaycandan 220 nəfərlə müqavilə bağlanmış, onlardan 206-i Türkiyə Universitetlərinə yerləşdirilmişdir.
TƏLƏBƏLƏR YOLA DÜŞDÜKDƏN SONRA, UNİVERSİTET YER OLMADIĞINI BİLDİRİB
Rüstəm Kərimzadə bildirib ki, hər bir sahədə olduğu kimi, şirkətin fəaliyyətində fors major halı olub: “Çanakkale” Universiteti 38 tələbəmizi qəbul edəcəyinə dair məlumat verdi. Tələbələr yola düşdükdən sonra, universitetdə yer olmadığını bildirdi. Şikayət etməyimizə, imza toplamağımıza baxmayaraq Universitet məsuliyyətdən boyun qaçırdı. Əlimizdə buna dair rəsmi yazışmalar və onların sübutu var. Buna baxmayaraq şirkətimiz vəziyyətdən çıxdı və 38 nəfərin 31 nəfərini öz razılıqları ilə Türkiyənin digər universitetlərinə yerləşdirdi. Geri qalan 7 nəfərin ödənişi də hissə-hissə qaytarılır.
Son olaraq “Giresun” Universitetində də oxşar halla rastlaşdıq. Universitet 32 nəfər tələbənin 15-ni qəbul etdi. Qalan 17 nəfərin isə 8 nəfəri Giresuna qonşu şəhər olan Rize şəhərinə yerləşdirilir və qalan 9 tələbələrə də eyni şəhər təklif olunur. Və çox güman bu uşaqlar da tələbə adını qazanacaqlar. Görüldüyü kimi, problemi həll edilməyən sadəcə 7 nəfər var".
"DƏLƏDUZLUQ EDƏN ŞİRKƏT PULU ALIR VƏ QAÇIR"
"Rüstəm Kərimzadə, "Təəssüf ki, mediada yayılan bəzi xəbərlərdə, bu rəqəmlər şişirdilərək 50-60 nəfər olaraq göstərilir. Şirkətimizi dələduzluqda ittiham edilir", deyərək sözlərinə belə davam edib:
"Bildiyimiz kimi dələduzluq edən şirkətlər adətən böyük məbləğdə pulu alır və qaçır. Bizim problemli tələblərimizin sayının maksimum 16 (9+7) nəfər olduğunu və xidmət haqqının sadəcə 499 azn olduğunu nəzərə alsaq, 7984 (24x499) manat heç şirkət işçilərinin maaşını ödəmir. Və bu məbləği mənimsəmək üçün heç bir şirkət tələbəni aldatmaz və ən gülməlisi Türkiyəyə aparmaz. Şirkətimizin qarşılaşdığı bu fors-majordan istifadə etmək istəyən bəzi valideynlər 499 manat ödəməsinə baxmayaraq bizdən 1000-5000 manat arası məbləğdə pul tələb edir. Pulunun yarısı ödənən şəxslər ,onlara pul ödənmədiyinə dair açıqlama verir. Hətta bəzi şəxslər özlərini tələbənin əmisi, dayısı, xalası kimi təqdim edərək pul tələb edir. Bu kimi halların qarşısını alınması və ödənişlərin şəffaf şəkildə qaytarılması üçün şirkət rəhbəri müqaviləsi olan şəxslərin pulunun qaytarılacağını açıqlayıb.
Media qurumlarından və digər şəxslərdən məsələyə qərəzli yanaşmamalarını, rəqəmləri və məlumatları şişirtməmələrini, məsələyə şəffaf yanaşmalarını öncə xahiş, sonra tələb edirik. Yoxsa şirkətə vurduqları mənəvi zərərə görə məsuliyyət daşıyacaqlar.
Və "Elit Academy" vasitəsilə bu ilə qədər tələbə adını qazanmış və ya hansısa xidmətindən istifadə etmiş,”Elit Academy” tərəfindən təqaüdlü və ya pulsuz təhsil alan vicdanlı gənclərimizə də üzümüzü tutub deyirik ki ictimailəşdirilən bu məsələlərə sakin qalmasınlar və fikirə münasibətlərin bildirsinlər”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
7 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
8 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
8 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
8 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar


















.jpg)
