"Rosneft" rəhbəri: "OPEC azalan neft hasilatını kompensasiya edə bilməyəcək"
OPEC-in əlavə hasilat imkanları azalan hasilatı kompensasiya etmək üçün kifayət deyil.
Bu barədə Rusiyanın "Rosneft" şirkətinin rəhbəri İqor Seçin İtaliyanın Verona şəhərində keçirilən Avrasiya İqtisadi Forumunda çıxış edərkən bildirib.
Onun sözlərinə görə, "Total"ın İrandakı layihələrdən çəkilməsi, ABŞ-ın Venesuelaya qarşı sanksiyaları, Liviya, Suriya və digər bölgələrdəki qeyri-sabitlik yeni layihələrin tətbiqinə mane olur.
"Bugünkü əlavə hasilat imkanları son on ildə ən aşağı səviyyədədir. Və OPEC-in, əsasən, ABŞ Administrasiyasının addımları ucbatından azalan hasilatı kompensasiya edə bilməyəcəyi ilə bağlı birbaşa təhlükə var. Hər hansı əlavə xarici mənfi hadisə neftin qiymətində kəskin artıma gətirib çıxara bilər və bu, dünya iqtisadiyyatı üçün riskləri gücləndirəcək və son onilliyin iqtisadi artım tsiklini tamamlayacaq", - İ.Seçin vurğulayıb.
O qeyd edib ki, bundan hamı, ilk növbədə, Çin, Hindistan və ən kasıb istehlakçı ölkələr zərər görəcək. Bununla belə, "Rosneft" şirkətinin rəhbəri hesab edir ki, sonda amerikalı və avropalı istehlakçılar bundan əziyyət çəkəcək.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 22 d. əvvəl
- 25 d. əvvəl
- 27 d. əvvəl
- 28 d. əvvəl
- 31 d. əvvəl
- 32 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib






.jpg)
.jpg)



.jpg)






