Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi rebrendinq edib - YENİ AD
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi rebrendinq edib.
Qurumdan verilən məlumata görə, bundan sonra şirkət ASCO (Azerbaijan Shipping Company) adı ilə fəaliyyət göstərəcək. Rebrendinq layihəsi yalnız adın dəyişdirilməsi ilə bitmir. Belə ki, layihə çərçivəsində şirkətin loqosu və rəsmi internet saytı da yenilənib.
Qeyd edilib ki, ciddilik, dəqiqlik, gücü təcəssüm etdirən loqotip qurumun abreviaturası formasında dizayn edilib. Abreviaturadakı “O” hərfi lövbər və xilasetmə dairəsinin simvolik qarşılaşdırılmasından əmələ gəlib.
Bildirilib ki, obrazlı qarşılaşdırılmadan yaranan hərf emblemdə dövlət rəmzi sayılan bayrağımızın rənglərindən istifadə olunması millilik baxımından da diqqəti loqotip üzərində cəmləyir. Digər tərəfdən, emblem vahid mərkəzdən idarəetməni, tamlığı, qurumun iş prinsiplərində hərtərəflilik, çeviklik, pozitivlik, dəniz nəqliyyatı sahəsində sabit dəyərlər üzərində dayanıqlılıq prinsiplərini təcəssüm etdirir.
Simvolik olaraq lövbər və xilasetmə dairəsinin qarşılaşdırıldığı emblem özlüyündə etibarlılığın, tarazlılığın, stabilliyin, məqsədyönlülüyün ifadəsidir.
Şirkətin rəsmi internet səhifəsi də yeni dizayn və yeni “www.asco.az” adı ilə fəaliyyətə başlayıb.
Yeni sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcək. Saytda ASCO-nun struktur bölmələri, donanmaların tərkibi, xidmətlərlə bağlı dolğun məlumatlarla yanaşı, fəaliyət üzrə maliyyə və davamlı inkişaf hesabatları da ictimaiyyətə təqdim olunur.
Yeni saytda şirkətlə bağlı mütəmadi xəbərlər paylaşılacaq. Əsas səhifədə şirkətin 160 illik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən xüsusi foto-qalereya (timeline) da yer alıb. Bu qalereyanın köməkliyi ilə Gəmiçiliyin üç əsrlik tarixinə virtual səyahət etmək mümkündür.
Yeni sayt populyar sosial şəbəkələrə inteqrasiya edilib. Belə ki, bütün səhifələri “Facebook”, “Twitter”, “Google +” sosial şəbəkələrində paylaşmaq imkanı yaradılıb.
Bununla belə, sosial şəbəkələrin populyarlığı nəzərə alınaraq, sayt şirkətin bütün sosial şəbəkə hesabları ilə (facebook, twitter, instagram, youtube) tam inteqrasiya edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
4 d. əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
5 d. əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 27 d. əvvəl
- 33 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir




















