"Reklamları dayandırın, yoxsa 10 000 manatadək cərimə yazarıq" - XƏBƏRDARLIQ
Açıq məkanda reklam yayımlayan sahibkarlar onları tez bir zamanda qeydiyyatdan keçirməlidirlər. Əks təqdirdə həmin sahibkarlara qarşı qanunvericilik çərçıvəsində müvafiq addımlar atılacaq. Tələblərə əməl etməyən reklam yayıcılarını 10 000 manatadək cərimə gözləyir. Artıq bəzi ərazilərdə icazəsiz reklamların söküntüsünə başlanılıb.
Ərazidə monitorinq aparan Dövlət Reklam Agentliyinin (ADRA) Bakı şəhər Reklam İdarəsinin Estetik nəzarət şöbəsinin müfəttişlərindən biri – Orxan Oruczadə bildirib ki, işimizin əsas təməli reklam yayıcıları ilə nəzakətlə ünsiyyət qurub, onları maarifləndirməkdir.
Agentlikdə çalışdığı vaxt ərzində işinə böyük məsuliyyətlə yanaşdığını bildirən müfəttiş vəzifəsinin böyük səbr və təmkin tələb etdiyini vurğulayır. Onun sözlərinə görə, öhdəlikləri rahatlıqla icra etmək üçün texniki təchizatla təminat müfəttişlərin işini xeyli asanlaşdırıb. Belə ki, əvvəllər reklam lövhələrinin səthi ənənəvi üsulla ölçülürdüsə, indi məsafədən ölçmə cihazı onların işini rahatlaşdırmaqla yanaşı, vaxta qənaət baxımından da mühüm əhəmiyyət kəsb edir.
Səhər saatlarında ADRA-nın Bakı şəhər Reklam İdarəsinə toplaşan əməkdaşlar iş planının müzakirəsi və tapşırıqlardan sonra təhkim olunduqları əraziyə yollanırlar. Məqsəd paytaxtın reklam ekosistemi ilə yaxından tanış olub, onların monitorinqini aparmaqdır. Ünsiyyət müfəttişlərin günlük öhdəlikləri sırasında ən vacib məqamdır. Danışıqlar zamanı qarşıya çıxan çətinliklər arasında onların reklama dair yeni qəbul olunmuş qanunlar barədə məlumatsızlığı üstünlük təşkil edir. Buna görə də ilkin mərhələdə sahibkarlar bu barədə maarifləndirilirlər. Müfəttişlər əraziyə çıxarkən reklam yayıcılarını maraqlandıran sualları cavablandırır, eyni zamanda bildirişlərin, müqavilələrin təqdim olunması və digər prosedurları reallaşdırırlar.
Qeyd edək ki, bu ilin 9 ayı ərzində təkcə Bakı şəhəri üzrə açıq məkanda reklam yerləşdirən sahibkarlarla 4 minə yaxın müqavilə imzalanıb, 10 minə yaxın obyektə bildiriş paylanılıb.
Ərazidə monitorinq aparılan zaman qanunvericiliyin tələblərinə cavab verməyən reklam lövhələrinə də rast gəlinir. Həmin reklamların yayımının dayandırılması barədə sahibkarlara xəbərdarlıq edilir.
Reklam yayıcıları buna əməl etmədikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edilir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim olunur. Yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklam yayımının dayandırılması üçün zəruri tədbirlər görülür.
Şəhərin estetik görünüşünü pozan, eləcə də qanunvericiliyin tələblərinə cavab verməyən reklam lövhələri sökülür. Mütəmadi aparılan monitorinqlər zamanı açıq məkandakı reklamlarda Azərbaycanın dövlət dili ilə bağlı çatışmazlıqların aradan qaldırılması istiqamətində də işlər görülür. Daha effektiv reklam yayımının həyata keçirilməsi üçün reklam yayıcısı olan sahibkarlara metodiki tövsiyələr verilir.
Aktiv iş rejimindən sonra axşam saatlarında idarəyə qayıdan müfəttişlər gördükləri iş barədə rəhbərliyə gündəlik hesabat verirlər. Müfəttiş Orxan Oruczadə deyir ki, sabah da əraziyə yollanacaq. Onun sözlərinə görə, fərqli xarakterli insanlarla ünsiyyət zamanı həssas yanaşma tələb olunur. O da işində bu prinsipi əsas götürür.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Azərtac
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 15 saat əvvəl
-
- 15 saat əvvəl
-
16 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























