“Turan Bank” sabit fəaliyyət göstərir – VƏZİYYƏTİ MƏLUM OLDU
“Turan Bank” ASC 2018-ci ilin 9 ayını 65 min manat xalis mənfəət ilə başa vurub. Halbuki Bank, ötən ilin eyni dövrünü 379 min manat xalis mənfəətlə bağlamışdı.Həmçinin, Bankın xalis mənfəəti 2018-ci ilin 6 ayında 205 min manat təşkil etmişdi.
FAİZ GƏLİRLƏRİ ARTIB
“Turan Bank”ın cəmi gəlirləri təxminən ötən ilki səviyyədə qalıb, ehtimal olunan kredit və depozit itkiləri üçün ehtiyatlara ayırma azalıb, əməliyyat mənfəəti artıb. “Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr dövründə “Turan Bank”ın cəmi gəlirləri 25 milyon 287 min manat, cəmi xərcləri isə 24 milyon 590 min manat təşkil edib. Nəticədə Bankın 697 min manat əməliyyat mənfəəti formalaşıb. Əməliyyat mənfəətinin 633 min manatı ehtiyatlara ayrıldığından xalis mənfəət 65 min manat təşkil edib.
2017-ci ilin yanvar-sentyabr dövründə “Turan Bank”ın cəmi gəlirləri 25 milyon 640 min manat, cəmi xərcləri 24 milyon 991 min manat, əməliyyat mənfəəti 648 min manat təşkil etmişdi. Bank ehtiyatlara 1 milyon 27 min manat ayırdığından ötən ilin 9 ayının 379 min manat zərər ilə bağlamışdı.
“Turan Bank”ın faiz gəlirləri 22 milyon 449 min manatdan 22 milyon 907 min manata yüksəlib, qeyri – faiz gəlirləri isə 3 milyon 191 min manatdan 2 milyon 380 min manata geriləyib.
30 Sentyabr 2018-ci il tarixində “Turan Bank” 513 milyon 967 min manat cəmi aktivlərə, 454 min 972 min manat cəmi öhdəliklərə və 58 milyon 995 min manat cəmi balans kapitalına malik olub.
30 Sentyabr 2017-ci il tarixində “Turan Bank” 525 milyon 655 min manat cəmi aktivlərə, 466 milyon 215 min manat cəmi öhdəliklərə və 59 milyon 441 min manat cəmi balans kapitalına malik idi.
KREDİT PORTFELİ ARTIB
Bankın müştərilərə verdiyi kreditlər 11 milyon 745 min manat artaraq 278 milyon 368 min manatdan 290 milyon 113 min manata yüksəlib.
Sentyabrın sonunda “TuranBank” 63 milyon 936 min manat məcmu kapitala malik olub. Bu də minimal tələbdən (50 milyon manat) yüksəkdir.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 6 saat sonra
-
-
22 d. əvvəl
Yaşı 60-dan çox olanların əmək müqaviləsinə xitam verilməsi qadağan oluna bilər
- 28 d. əvvəl
- 38 d. əvvəl
-
45 d. əvvəl
Zirvəyə Doğru aparan yol: Qusarda Müstəqillik Gününə həsr olunmuş beynəlxalq yarış keçiriləcəkdir
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal smartfon bazarının bu il təxminən 13 faiz kiçiləcəyi gözlənilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan şirkəti 118-ci mağazasını istifadəyə verib
Zirvəyə Doğru aparan yol: Qusarda Müstəqillik Gününə həsr olunmuş beynəlxalq yarış keçiriləcəkdir
Elektron Büdcə Bələdçisi portalı istifadəyə verilib
Azərbaycan neftinin son qiyməti
İctimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə güzəştlərin tətbiq olunması təklif edilir
Rəsmi məzənnələr açıqlandı
27 fevraldan 1 marta qədər - Endirimli qiymətlər faizsiz və komissiyasız 18 aya bölünəcək
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
eBay 800 əməkdaşını işdən azad edəcək





















