Audi Q7-nin böyük "qardaşı" Bakıda: Q8 təqdim edildi - QİYMƏTLƏR
Almaniyanın lüks avtomobil istehsalçısı Audi-nin “Q” seriyasının ən üst modeli - Audi Q8 Bakıda təqdim edildi.
"Marja"nın məlumatına görə, 13 Oktyabr tarixində keçirilmiş təqdimat mərasimində bildirildi ki, Q8 modeli Coupe SUV sinifinin ən gənc üzvüdür. Audinin texnologiyası və kupe tərzi Q8-də birləşir.
Audi Q8, Q7-dən cüzi qısa olsa da salonu daha genişdir. Coupe bənzər bir tavana malik Q8, çərçivəsiz qapı dizaynı və Quattro bənzər xrom nəfəsliklərilə olduqca idmansayağı dizayna malikdir.
Son dövrdə bütün dünyada SUV avtomobillərə, o cümlədən premium SUV seqmentində olan avtomobillərə tələb artıb. Avtomobil istehsalçıları da qlobal miqyasda artan SUV tələbini ödəmək üçün əllərindən gələni edirlər.
Audi şirkəti, Coupe SUV seqmentdə Range Rover Sport, BMW X6 və Mercedes-Benz GLE Coupe kimi güclü rəqiblərin qarşısına Q8 modeli ilə çıxıb.
Q8 modeli, 340 at gücündə 3.0 L mühərrik ilə təchiz olunur. Ötürmə - daimi tam çəkimli quattrodur. Avtomobil 0-100 km/saat sürətə 6 saniyəyə çatır və maksimum sürət 232 km/saatdır.
Yeni Audi Q8, Coupe-SUV seqmentində ən çox yüksək texnoloji cihazlar ilə təchiz olunan avtomobildir.
QİYMƏTİ
Audi markalı avtomobillərin rəmsi idxalçısı “European Cars” MMC şirkəti Yeni Audi Q8 avtomobilini 65 min avrodan başlayan qiymətlər ilə təklif edir. Ən zəngin təchizatlı versiyanın qiyməti 85 min avrodur.
Bazar ertəsi Marja.az portalında təqdimatdan daha geniş reportaj yayımlanacaqdır.
Ətraflı: https://audi.az/az/models/q8
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
1 saat əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
1 saat əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir





















