“Mətanət A” Cocuq Mərcanlıda tikinti-quruculuq işlərinə dəstək verəcək.
(®)“Mətanət A” şirkəti “Böyük Dönüş” layihəsi çərçivəsində Cocuq Mərcanlıda aparılan tikinti-quruculuq işlərinə dəstək verəcək.
“Mətanət A” şirkəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə həyata keçirdiyi Böyük Dönüş” layihəsi çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış istixanalarda və arıçılıq təsərrüfatlarında istehsal edilən məhsulların satışı ilə bağlı keçirilən tədbirdə iştirak edib. Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində birgə layihələrin icrasının Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin daha bir nümunəsi olduğunu vurğulayıb. Nazir müavini belə layihələrin icrasının kəndlərdə məşğulluğun təmin olunmasında, rayonun sosial-iqtisadi inkişafı sahəsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.
“Böyük Dönüş” layihəsi çərçivəsində Cocuq Mərcanlıda aparılan tikinti-quruculuq, yeni istehsal sahələrinin yaradılması, ixstixanaların qurulması, kənd təsərrüfatının müxtəlif sahələrinin təkmilləşdirilməsi istiqamətində “Mətanət A” şirkəti də istehsal etdiyi məhsullarla dəstək göstərəcəkdir. Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan şirkət ən son texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən məhsulları ilə Cocuq Mərcanlıda yeni sənaye sahələrinin yaradılmasında öz tövhəsini verəcək.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
9 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























