Azərbaycanda küçə reklamlarını monitorinq edən ilk sayt açıldı

Azərbaycanda ilk dəfə küçə reklamlarının monitorinq xidmətini təklif edən sayt (https://smartoutdoor.az) açılıb.
“Smart Outdoor” sistemi artıq cari ilin yanvar ayından istifadəyə verilib.
Platformanın köməyilə siz rəqiblərin outdoor reklam strategiyasını analiz edə, vizual olaraq bütün küçə reklamlarının monitorinqini apara və öz reklam strategiyanızı planlaya bilərsiniz.
“Smart Outdoor” platforması ilə kateqoriya üzrə brendlərin həm konstruksiya sayı və növünə görə, həm də büdcəsinə görə analiz edə biləcəksiniz. “Smart Outdoor” platformasından istifadə edərək, konkret lokasiyalarda konstruksiya növünü seçə bilər, həmin yerin vizual olaraq monitorinqini apara bilərsiniz.
Boş yerlərə, rəqiblərin reklam konstruksiya sayına, büdcəsinə və geniş kateqoriya analizinə əsaslanaraq daha rahat outdoor reklam planlamasını apara biləcəksiniz.
Beləliklə sayt vasitəsilə, daha asan yolla rəqibləri analiz edə, daha rahat reklam strategiyasını planlaya, xəritə üzrə vizual monitorinq əldə edə biləcəksiniz.
“Smart Outdoor” sistemi ilə monitorinq xidməti hazırda Bakı, Abşeron, Sumqayıtı əhatə edir. Amma növbəti mərhələdə araşdırmaya daxil olan regionların sayı daha da artırılacaq”, - deyə Smartoutdoor.az-ın direktoru Rahim Davudov bildirib.
Rahim Davudov qeyd edib ki, platforma sırf marketoloqlar, marketinq əhli üçün nəzərdə tutulub:
“Sayt əvvəlcədən planlaşdırma işində marketoloqlara dəstəkçi olacaq. Məsələn, siz bank sektoru üzrə küçə reklamlarının monitoriniqini əldə etməklə, rəqiblərinizi analiz edəcəksiniz.
2018-ci il yanvar ayında küçə reklamlarında 14 bankın 104 konstruksiyada reklamı yayımlanıb. Kredit reklamı 48, kart reklamı 27, pul köçürmələri 5 və 24 reklamda kampaniyalarının imiclərini reklam ediblər. Araşdırma ilə tanış olan marketoloq rahatlıqla kampaniyasını planlaşdıra biləcək. Bu da sektorda adiyyəti sahə üzrə kor-koranə planlaşdırmanın qarşısını alacaq”.
Direktor əlavə edib ki, hesabatlar aylıq hazırlanır və bu işin ərsəyə gəlməsi üçün onlarla əməkdaş fəaliyyət göstərir:
“Məsələn, yanvar ayı ərzində (demo versiya üçün - red.) Bakı, Abşeron, Xırdalanda olan küçə reklamları, dəyişikliklər ilə bərabər fotoları çəkildi və dərhal sayta yükləndi. Bütün hər kəs saytdan qeydiyyatdan belə keçmədən, demo versiyaya daxil olub, saytın necə işlədiyinə baxa bilərlər. Demo versiya hər kəsə əlçatandır”.
Xatırlatmaq yerinə düşər ki, demo versiyada yalnız 2018-ci ilin yanvar ayının araşdırması yer alıb. Digər aylar üzrə adıçəkilən sektor üzrə bazar araşdırması ilə tanış olmaq üçün xidməti ödənişlə almalısınız.
Qeyd edək ki, araşdırma avtomobil, qida, kosmetika, bank, məişət avadanlıqları, mobil rabitə, restoran və s. olmaq üzrə küçə reklamlarının müxtəlif kateqoriyaları üzrə aylıq araşdırmanın nəticələrini təklif edir.
Yuxarıda qeyd etdiyimiz kimi, xəritə imkanının köməyilə siz küçə reklamlarının konkret ərazidəki fotosu ilə tanış ola biləcəksiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
3 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
3 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
3 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 3 saat əvvəl
-
3 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
4 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 5 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
