“Nar” yarım ilin hesabatını və yenilənmiş brendini təqdim etdi
(®) “Nar” 2018-ci il üçün yarım ilin nəticələrini açıqlayıb.
Nəticələrə əsasən, mobil operator bu dövr ərzində bir çox göstəriciləri əhəmiyyətli dərəcədə artırmağa nail olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə “Nar”-ın aktiv abunəçi bazası 6% artaraq, 2,1 milyon nəfərə çatıb. Abunəçi bazasının 56%-i paytaxt Bakının, 44%-i isə regionların payına düşür.
Şəbəkə infrastrukturunun genişləndirilməsinə xüsusi önəm verən “Nar” il ərzində ölkə ərazisində 380 ədəd 4G, 118 ədəd 3G stansiyası qurub. İlin sonuna qədər daha 387 ədəd 4G, 29 ədəd 3G baza stansiyası qurulacaq. Bununla da 2018-ci il üçün plamlaşdırılan 3G baza stansiyalarının sayı 2674, 4G baza stansiyalarının sayı isə 1706-ya çatdırılacaq. Aparılan şəbəkə işlərinin nəticəsi olaraq, 37 bölgə “Nar” 4G şəbəkəsi ilə əhatə olunub. “Nar” 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində 4G internetinin trafik həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artıb. Mobil operatorun 4G istifadəçilərinin sayı 250 min nəfərə çatıb.
“Nar” cari il üçün satış üzrə də yüksək nailiyyətlər əldə edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə satış üzrə 21%, səyyar satış komanadasının yaradılması ilə ucqar kənd və ərazilərdə 77% artıma nail olub. Biznes tərəfdaşlarının sayını ildən-ilə sürətlə artıran mobil operator il ərzində 170-dən çox yeni korporativ şirkət cəlb edib. “Nar” korporativ müştəriləri üçün yeni sərfəli xidmətlər (smartfon, 4G data modem və portativ internet daşıyıcısı) təklif edir.
“Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke yarım ilin nəticələrini yüksək qiymətləndirib: “Biz bu il öz mövqeyimizi bazarda daha da gücləndirmişik. İrihəcmli investisiyalar yatırmaqla, şəbəkəmizi genişləndirdik, keyfiyyətimizi əhəmiyyətli dərəcədə artırdıq. Amma bununla yanaşı, yüksəkkeyfiyyətli xidmət və sərfəli qiymət strategiyası siyasətinə sadiq qalırıq.
Tədbir zamanı “Nar”-ın yenilənmiş brendi, şüarı və reklam filmi təqdim olundu.
Yenilənmiş brendimiz müştərilərin ehtiyaclarını qarşılamaq, onların etibarlı tərəfdaşı olmaq məqsədi daşıyır.
“Nar”-ın yeni - “Çünki daha çoxuna layiqsən!” şüarı məhz bu xüsusiyyətləri özündə birləşdirir və abunəçilərə yönəlik strategiyanı özündə əks etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
4 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
8 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
8 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)








