Sərt tələblərə görə müraciət edən iş adamı olmadı - QAYDALARA YENİDƏN BAXILACAQ

Azərbaycan hökuməti işsizlik sığortası hesabına işə yeni qəbul edilən işçilərinin əmək haqqının bir hissəsinin dövlət tərəfindən ödənilməsi qaydalarına yenilən baxmağa hazırlaşır.
Buna səbəb həmin yeniliyə sahibkarların maraq göstərməməsi olub.
Xatırladaq ki, yeni qaydalara əsasən, işə bir sıra təbəqələrdən olan işçilərin qəbulu zamanı ödənilən əmək haqqının bir hissəsini – 50%-ə qədərini dövlət ödəycəkdi. Məqsəd, məşğulluğun artırılması və bəzi kateqoriyaların sosial müdafiəsini güclənldirmək idi.
Amma ilk baxışdan cədbedici görünsə də, Azərbaycanın iş adamları və şirkətləri bu yeniliyə maraq göstərməyiblər. Dövlət Məşğulluq Xidmətinin məlumatına görə, indiyədək bu yeniliyin tətbiqi üçün müraciət edən iş adamı olmayıb.
Bunun səbəbi həmin qaydalarda bir sıra sərt tələblərin olmasıdır. Belə ki, qaydalara görə, bu proqramda yalnız o şirkətlər iştirak edə bilər ki, orada işçilərin 40 faizi xüsusi dəstəyə ehtiyacı olan insanlar olsun. Bnlar əlillər, məcburi köçkünlər, 20 yaşadək olan gənclər, cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslər, pensiya yaşına 2 il qalmış şəxslər, əlil uşaqları olan valideynlərdir. Əgər işçilərin 40 faizini bu insanlar təşkil etmirsə həmin şirkətin bu proqramda iştirak etmək hüququ olmur.
Bundan başqa, şərtlərə görə, proqramda iştirak etmək istəyən şirkətlər ən azı son bir ildə fəaliyyət göstərmiş olmalı, son bir il müddətində işçi sayında ixtisar etməməli, ümumiyyətlə son bir ildə bu şirkətdə heç kim işdən çıxarılmamalı, vergi borcları və digər öhdəlikləri olmamalıdır.
Müşahidələr göstərir ki, bu tələblərə cavab verən şirkətlər demək olar ki, yox səviyyəsindədir. Çünki heç bir şirkətdə işçilərin 40%-i göstərilən təbəqəyə aid deyil, üstəlik, son bir ildə bir işçini belə, nəinki ixtisar, hətta hər hansı səbəbdən işdən çıxarmayan şirkət tapmaq müşkül məsələdir.
Məhz bu səbəblərdən Məşğulluq Xidmətinin təklifi nə qədər cəlbedici olsa da, ona maraq göstərən iş adamları olmayıb.
Buna görə də, hökumət həmin qaydaya yenidən baxaraq onu reallıqlara uyğunlaşdırmağa məcbur olub. Hökumətdən verilən məlumata görə, yeni qaydalarda bəzi tələblər, o cümlədən işçilərin tərkibi ilə bağlı 40%-lik tələb, eləcə də son bir ildə heç bir işçinin işdən çıxarılmaması ilə bağlı tələb ya yumşaldılacaq, ya da tamamilə aradan qaldırılacaq.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
5 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 15 saat əvvəl
-
19 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
20 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
21 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
21 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
Son Xəbərlər

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
Ən çox oxunanlar

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
