Azərbaycan Çexiyada Ticarət Evi aça bilər
Azərbaycan Çexiyada Ticarət Evinin açılması imkanlarını öyrənəcək. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Sentyabrın 12-də Ş.Mustafayev Azərbaycanda səfərdə olan Çexiya Respublikasının sənaye və ticarət naziri Marta Novakovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub”, - deyə İqtisadiyyat Nazirliyindən bildirilib.
Azərbaycan Çexiya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün bu ölkədə Ticarət Evinin yaradılması imkanlarını araşdırmağı planlaşdırır. Bundan başqa, Mərkəzi Avropa üzrə Azərbaycan ticarət nümayəndəsinin təyin olunması nəzərdə tutulur.
M.Novakova Praqada və Çexiyanın digər şəhərlərində Azərbaycanın Ticarət evlərinin açılmasında maraqlı olduqlarını diqqətə çatdırıb, bunun Azərbaycan məhsullarının Çexiyaya ixracının artırılmasında önəmini qeyd edib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 6 d. əvvəl
- 8 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq




















