"Rabitəbank" 2018-ci ildə 11 milyon manat ipoteka krediti verib!

(®) Əhalinin və inkişaf etməkdə olan bank bazarının tələbatlarına uyğun olaraq bütün müştəri seqmentlərinə yüksək səviyyədə xidmət göstərməyi qarşısına məqsəd qoymuş Rabitəbank ipoteka kreditlərinin verilməsi istiqamətində də lider banklardan birinə çevrilir.
Belə ki, 2018-ci ilin ilk 8 ayı ərzində Rabitəbank tərəfindən 11 milyon manat həcmində ipoteka kreditləri verilib, bu məbləğin 1 milyon manatını güzəştli şərtlərlə, 10 milyon manatını isə adi şərtlərlə verilən kreditlər təşkil edib.
Rabitəbank banklar arasında ən sərfəli şərtlərlə ipoteka kreditləri təklif edən banklardan biridir. Bank güzəştli şərtlərlə verilən ipoteka kreditlərini cəmi 3.7%-dən başlayan, adi şərtlərlə verilən ipoteka kreditlərini isə cəmi 7%-dən başlayan illik faiz dərəcəsi və 15%-dən başlayan ilkin ödəniş şərtləri ilə 30 ilədək müddətə təklif edir. Şərtlər haqqında daha ətraflı məlumat əldə etmək, ipoteka ödənişlərini kredit kalkulyatoru vasitəsilə hesablamaq və onlayn qaydada ipoteka krediti sifariş etmək bankın 133 Məlumat mərkəzinə aid internet səhifəsinə keçid edə bilərsiniz: https://bit.ly/2N9vrbO
Qeyd edək ki, ipoteka kreditlərini Rabitəbankın Bakı şəhərində fəaliyyət göstərən Mərkəz filialı, Nərimanov filialı, Nizami filialı və Yasamal filialı ilə yanaşı Sumqayıt və Gəncə şəhər filiallarından əldə etmək mümkündür.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 21 saat sonra
-
18 d. əvvəl
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
-
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb
Ən çox oxunanlar

Rəsmi məzənnələr açıqlandı

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
