Əliyev və Putin görüşdü
Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfəri başlayıb.
Soçi şəhərindəki “Boçarov Ruçey” dövlət iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.
Dövlət başçıları görüşdə çıxış ediblər.
Rusiya Prezidenti Vladimir Putin deyib:
"Hörmətli İlham Heydər oğlu. Əziz dostlar. İcazə verin, Sizi Soçidə ürəkdən salamlayım. Qeyd etmək istərdim ki, bizim görüşlərimiz müntəzəm xarakter daşıyır və bu da təbiidir, qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi çox genişdir. Biz bunu strateji tərəfdaşlıq adlandırırıq. Münasibətlərimiz həm siyasi, həm də iqtisadi istiqamətdə inkişaf edir. Keçən il qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 34 faiz, hətta 34 faizdən də çox artıb, bu ilin birinci yarısında isə mülki təyinatlı məhsulların satış həcmi 20 faiz artıb. Bu, çox yaxşı göstəricidir. Lakin təbii ki, bizim həmişə danışmağa mövzumuz var. Çox şadam ki, Siz bizim dəvətimizi qəbul edib bu gün Rusiyaya gəlmisiniz. Xoş gəlmisiniz!"
Azərbaycan Prezidenti İlham Əliyev isə deyib:
"Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç. İlk növbədə, bizi Rusiyaya səfərə dəvət etdiyinizə görə Sizə təşəkkür etmək istərdim. Bizim görüşlərimizə həmişə şadam. Sizin qeyd etdiyiniz kimi, biz müntəzəm surətdə görüşürük və bu görüşlər münasibətlərimizə dinamizm gətirir. Bütün sahələrdə əlaqələrimizin inkişaf səviyyəsindən biz də məmnunuq. Münasibətlərimiz tam dəyərli, çox səmərəli şəkildə inkişaf edir, fəal siyasi dialoq xarakteri daşıyır. Siz əmtəə dövriyyəsinin artmasını qeyd etdiniz. Bu da ölkələrimizin iqtisadiyyatlarında müsbət meyillərə dəlalət edir. Bu, həm də onu göstərir ki, iqtisadi əməkdaşlığın böyük potensialı var. Əminəm ki, əmtəə dövriyyəsi qarşıdakı illərdə də artacaq. Biz enerji, nəqliyyat sahələrində əməkdaşlıq edirik. Əlbəttə, bu gün biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsi ilə bağlı məsələləri, regional problemləri də müzakirə edəcəyik. Bu gündəlik yetərincə genişdir. Əminəm ki, bizim bugünkü görüşümüz münasibətlərimizə əlavə impuls verəcək. Dəvətə görə bir daha təşəkkür edirəm".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 11 d. əvvəl
-
21 d. əvvəl
ABŞ-lı milyarder investor xəbərdarlıq etdi: Hörmüz, “ABŞ İmperiyasının son müharibəsi” ola bilər
-
-
29 d. əvvəl
Bankomatlar vasitəsilə kart əməliyyatlarının sayı 6 dəfəyə yaxın azalıb
-
49 d. əvvəl
Ölkədaxili nağdsız ödənişlərin 70 faizdən çox maliyyə xidmətlərilə bağlı olub
-
1 saat əvvəl
"Nort Vest Konstrakşn" şirkəti 407 milyon manat gəlirdən 35 milyon manat xalis qazanc əldə edib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Milli Ödəniş Sistemi vasitəsilə emal olunan əməliyyatların həcmi açıqlandı: 841 MİLYARD MANAT
-
16 saat əvvəl
"Azercell" şirkəti "Turkcell Azərbaycanın mobil operatoruna satılacaq" iddialarına cavab verdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın cari balansının profisiti "əriyib"
"Nort Vest Konstrakşn" şirkəti 407 milyon manat gəlirdən 35 milyon manat xalis qazanc əldə edib
Tramp: İranla müharibə bu həftə yox, amma tezliklə bitəcək
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Azərbaycan banklarında 507 milyard manatlıq köçürmə
Milli Ödəniş Sistemi vasitəsilə emal olunan əməliyyatların həcmi açıqlandı: 841 MİLYARD MANAT
"Azercell" şirkəti "Turkcell Azərbaycanın mobil operatoruna satılacaq" iddialarına cavab verdi
Bahar Residence-də “Bakı mədəni kodu: ev, şəhər və insan” mövzusunda intellektual görüş keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Bank of Baku" "UiPath" ilə proseslərin robotlaşdırılmasına başlayır




















