Gəlirləri xərclərini ödəməyən bank kredit verməyi də dayandırıb

Azərbaycanın ən uzunömürlü və aparıcı banklarından biri olan "AG Bank"ın uzun müddətdir kredit verməyi dayandırdığı bildirilir. Məlumata görə, bu barədə bankdan bildirilib.
Bankın əməkdaşlarına istinadən bildirilir ki, kreditlərin verilməsi ötən ildən dayandırılıb. Amma bunun səbəbi izah edilmir. Hazırda bank bütün növ istehlak, biznes və digər kreditləri ayırmağı dayandırıb. Hətta AG Bankın məşhur olduğu ipoteka kreditləri də "limit bitməsi" səbəbindən başa çatıb.
Bankdan bildirilib ki, hazırda kredit yalnız bankda əmanəti olanlara verilə bilər, o da əmanətin məbləğinin 50%-i qədər. AG Bankdan kredit verilməsinin dayandırılmasının səbəbləri açıqlanmayıb və bunu daxili qərarla izah ediblər.
Xatırladaq ki, AG Bankın hazırki vəziyyəti o qədər də ürəkaçan deyil.
Devalvasiyalardan sonra yalnız zərər açıqlayan “AG Bank” mənfəətə çıxa bilmir. Halbuki, əksər banklar ötən ildən mənfəətə çıxmağı bacarıblar. “AG Bank”ın gəlirləri xərclərini ödəmir, problemli kreditlərin artması dayanmır, məcmu kapitalı “əriyir”. Qısası, Bank düşdüyü "bataqlıqdan" çıxa bilmir.
“AG Bank” ASC 2018-ci ilin birinci yarısını 5 milyon 139 min manat xalis zərər ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2017-ci ilin birinci yarısını 1 milyon 575 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, Bankın zərəri 3 dəfədən çox artıb.
GƏLİRLƏRİ AZALIR, XƏRCLƏRİNİ ÖDƏMİR
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, illik müqayisədə Bankın faiz gəlirləri 12 milyon 280 min manatdan 9 milyon 675 min manata, qeyri-faiz gəlirləri isə 15 milyon 152 min manatdan 14 milyon 99 min manata düşüb.
Cari ilin yanvar-iyun dövründəki 23 milyon 774 min manat cəmi gəlirlərə qarşı, cəmi xərclər 26 milyon 829 min manat təşkil edib və nəticədə xərclər gəlirləri üstələdiyindən 3 milyon 55 min manat əməliyyat zərəri yaranıb.
Bundan başqa “AG Bank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 1 milyon 923 min manat da ayırıb. Beləliklə, Bankın zərəri 5 milyon 139 min manata yüksəlib. Ehtiyatlara ayırmaların artması, bankın daha çox kreditlərinin bata biləcəyi ehtimalı ilə əlaqədardır.
KREDİTLƏR AZALIR
30 İyun 2018-ci il tarixində “AG Bank” 487 milyon 790 min manat cəmi aktivlərə malik olub. Ötən ilin sonunda bu rəqəm 488 milyon 403 min manat idi. İlin birinci yarısında müştərilərə verilən kreditlər 7,3% azalaraq 282 milyon 907 min manatdan 263 milyon 612 min manata geriləyib.
KAPİTALI MİNİMAL TƏLƏBDƏN AŞAĞIDIR
Zərər ilə əlaqədar olaraq Bankın cəmi kapitalı 47 milyon 174 min manatdan 43 milyon 195 min manatab düşüb.
30 İyun 2018-ci il tarixində “AG Bank” 41 milyon 486 min manat məcmu kapitala malik olub. Bu da 50 milyon manat olan minimal tələbdən aşağıdır.
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!
© FED, Marja
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 23 saat sonra
-
18 d. əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
-
- 21 d. əvvəl
- 33 d. əvvəl
- 46 d. əvvəl
- 52 d. əvvəl
-
56 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
15 saat əvvəl
Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Azərbaycan neftinin son qiyməti

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Rəsmi məzənnələr açıqlandı

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı
Ən çox oxunanlar

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı

Bank of Baku istiqrazları yüskək tələbatla satıldı - 99%-i fiziki şəxslər olan 601 investor!

"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib

2 gündə Bakıda dəyəri 10 milyard dollarından çox olan investisiya layihələrinə dair sənədlər imzalanıb

Azərbaycan şirkəti Türkiyə şirkətilə müqavilə imzalayıb - Modulyar Panel Sistemlərinin quraşdırılacaq

Azərbaycan şirkəti Qazaxıstan şirkətilə birgə müəssisə yaradır - 2 milyon ton gücə malik zavod tikiləcək
