"S-400 alışından imtina etsəniz, F-35-ləri satarıq"
Türkiyə-ABŞ münasibətlərində gərginliyin yüksəldiyi sahələrdən biri olan "F-35 və S400" mübahisəsi üzrə yeni xəbər var. ABŞ-dan Türkiyəyə gələn Konqres nümayəndə heyəti, Böyük Millət Məclisində NATO Parlament Assambleyasının Türk Qrupu ilə görüşüb.
"Marja" Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə ABŞ nümayəndə heyəti, "F-35 qərarı qəti deyil, Rusiyadan S-400 alışından imtina etsəniz, biz də bu qərardan imtina edərik" mesajını verib.
Maykl Turnerin başçılıq etdiyi Konqres nümayəndə heyəti; Müdafiə Nazirliyinin S-400-lərin NATO müdafiə sistemi və silahlarına təsirinə dair hesabat hazırladığını deyib.
Heyət, bu hesabat hazırlanana qədər S-400 məsələsində Türkiyədən fərqli bir addım olarsa ABŞ-ın F-35 qərarı da dəyişə bilər.
Türkiyə tərəfi isə, S-400 alışında ən əlverişli təklifin Rusiyanın verdiyini, daha əlverişli təklif gəlmədiyi üçün bu qərarın qəbul olunduğunu xatırladıb.
Qeyd edək ki, ABŞ Türkiyəyə F-35 satışını təxirə salıb. Həmçinin Türkiyə Rusiyadan S-400-lər alır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
-
-
6 saat əvvəl
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
-
6 saat əvvəl
ABŞ bankından bazarlar üçün böhran xəbərdarlığı: Vəziyyət getdikcə 2008-i xatırladır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir
-
7 saat əvvəl
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp Putinin İrana "azacıq" kömək göstərdiyini etiraf edib
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
Palma yağı qiymətlərində artım davam edir
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
PAŞA Sığorta ilə Ramazan və Novruz bayramlarının sevincini səyahətdə doya-doya yaşayın!
Qarabağda torpaqların icarəyə verilməsi üzrə 2-ci investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin”


















