Ödəmələr veriləcək şəhid hərbi qulluqçuların siyahısı dərc ediləcək - TARİX
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yaradılmış Komissiyanın növbəti iclası olub.
Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə şərait yaratdığını vurğulayıb. Nazir bildirib ki, dövlət başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2 avqust 2018-ci il tarixli Sərəncamı bu kateqoriyadan olan insanlara xüsusi qayğının daha bir əyani təsdiqidir. Bu il ƏƏSMN tərəfindən 207 mənzilin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə verilməsi planlaşdırılırdı. Qeyd olunan Sərəncam isə daha 300 mənzilin alınması üçün 2018-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 20 milyon manat vəsaitin ayrılmasınə nəzərdə tutur ki, bu da cari ildə 500-dən çox mənzilin alınaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunmasına imkan verir.
S.Babayev 19 aprel 2018-ci il tarixli Fərmanının da şəhid ailələrinin sosial müdafiəsində mühüm addım olduğunu qeyd edib. O, Fərmanın icrasının tam şəffaf, vətəndaş məmnunluğuna səbəb olacaq şəkildə yerinə yetirilməsi üçün Komissiya tərəfindən ötən dövrdə aparılan işlər haqqında məlumat verib.
Nazir vurğulayıb ki, ƏƏSMN-nin müəyyən etdiyi formalara uyğun olaraq, artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını, Ədliyyə Nazirliyi həmin şəhid hərbi qulluqçulardan sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olanların siyahısını, Dövlət Sığorta Kommersiya Şirkəti isə vərəsələrinə sığorta ödənişi verilmiş hərbi qulluqçuların siyahısını nazirliyə təqdim edib. Hazırda bu siyahılar üzərində müvafiq dəqiqləşdirmə işləri aparılır. Həmin sentyabr ayında yekunlaşdırılması planlaşdırılır.
S.Babayev dəqiqləşdirilmiş yekun siyahının gələn ay ərzində nazirliyin rəsmi saytında dərc ediləcəyini deyib. O qeyd edib ki, siyahının dərc edilməsi və vətəndaşların həmin siyahı əsasında vərəsəlik hüquqlarını təsdiq edən sənədləri almaq üçün notariat orqanlarına müraciət etmələri barədə əhalinin KİV vasitəsilə geniş məlumatlandırılması təmin olunacaq. Aidiyyəti elektron sistemlər arasında əlaqə qurulacaq və vətəndaşa həmin vərəsəlik sənədi verildiyi andan (saat və dəqiqə qeyd olunmaqla) o, nazirliyin elektron sistemində növbəyə götürüləcək. Yəni növbəliliyin tərtibi prosesində insan faktoru iştirak etməyəcək, bu, elektron qaydada, tam obyektiv şəkildə həyata keçiriləcək. Birdəfəlik ödənişlər də məhz növbəlilik əsasında həyata keçiriləcək.
İclasda həmçinin Komissiyanın qarşısında duran vəzifələrin icrası, müvafiq siyahılar əsasında dəqiqləşdirilmiş yekun siyahının tərtibi məsələləri müzakirə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)








