Maştağadakı kinoteatr satıldı - İnvestor 125 min manat ödəyərək aldı
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 31 iyul tarixində şəffaflığın təminatı, innovativ imkanların tətbiqi ilə növbəti hərrac keçirilib.
İyulun son hərracında investorlar tərəfindən özəlləşdirilən kiçik dövlət müəssisələri paytaxt və Xaçmaz rayonu ərazisində yerləşir.
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Məmmədyarov kinoteatrının ümumi faydalı sahəsi 1439 kv.m-dir. İnvestor 125 min manat ödəyərək bu əmlakı torpaq sahəsi ilə birlikdə özəlləşdirib. Hərrac qalibinin bu əmlakın fəaliyyətini bərpa etməsi ictimai-mədəni sahələrdə əhaliyə xidmət göstərməyə imkan yaradacaq.
Xaçmaz rayonu, Xudat şəhərində yerləşən Çayxana “Xudat” adlı obyektin ümumi faydalı sahəsi 57.3 kv.m-dir. Rayon mərkəzində yerləşən və uyğun ilkin qiymət təyin olunan bu məkan sərmayəçi üçün potensial gəlir mənbəyinə çevriləcək.
Hərracda özəlləşdirilmiş qeyri-yaşayış sahələri paytaxtın müxtəlif rayonlarındadır. İştirakçı ümumi faydalı sahəsi 295 kv.m olan Xətai rayonu, Q.Məmmədov küçəsində yerləşən dövlət obyekti üçün 75 min manat ödəyib. Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində, ümumi faydalı sahəsi 58 kv.m olan dövlət əmlakı yeni biznes imkanları yaradacaq. Sahibkar investisiya qoymaqla obyekti fərqli fəaliyyət sahələri üzrə gəlir mənbəyinə çevirə bilər.
Avtomobil almaq arzusunda olanlar hərracda buraxılış illəri 2007 olan Fiat markalı nəqliyyat vasitələrinə 3 min 500 manat ödəməklə sahib oldular.
Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac avqustun 7-də keçiriləcək. Hərraca ümumilikdə 44 dövlət əmlakı çıxarılıb. Budəfəki hərracda investorlar 17 səhmdar cəmiyyəti, 12 kiçik dövlət müəssisə və obyekti, 15 qeyri-yaşayış sahəsi arasında seçim edə biləcək. Hərraca çıxarılan dövlət əmlakları barədə ətraflı məlumat əldə etmək və iştirak etmək istəyənlər Özəlləşdirmə portalına( privatization.az) daxil ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
43 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)





.jpg)







