Ödənişlər artdıqda, xəbərdarlıq edən rəqəmsal bank
Bank sektorunda, texnologiya və rəqəmsallaşmanın intensiv şəkildə qarşılıqlı əlaqədə olması nəticəsində əhəmiyyətli yeniliklər də ortaya çıxır. Artan rəqəmsallaşma nəticəsində "fintech"lərin (finteç) də ən fəal sahələrindən biri olan şəxsi maliyyə idarəçiliyi proqramları müştərilərinə olduqca "ağıllı" xəbərdarlıq və tövsiyələr verir.
"Marja" "Crowdfund Insider"a istinadən xəbər verir ki, İngiltərənin rəqəmsal bankı "Tandem"in yenilənmiş tətbiqi (proqramı) müntəzəm ödənişlər artım göstərən zaman istifadəçiləri xəbərdar etməyə başlayır. "Tandem"in açıqlamasına görə, bu yeni xüsusiyyət süni intellekt texnologiyasından istifadə edərək istifadəçinin müntəzəm ödəmələrində artım olması vəziyyətində işə düşür.
MÜŞTƏRİSİNƏ ALTERNATİV ŞİRKƏT TƏKLİF EDİR
Proqram istifadəçiyə, qiymətləri artan təchizatçılara (şirkətlərə) alternativ olaraq bir neçə variant (şirkət) təqdim edir. Məsələn, elektrik enerjisinin xərci hər ay artırsa, istifadəçiyə alternativ bir şirkət təklif edilir. Müştəri, tətbiq üzərindən elektrik xidməti aldığı şirkəti dəyişdirərsə, "Tandem" yeni şirkətə edilən ödəmələrdən komissiya alır.
"Tandem"in əsas məqsədinin pulun idarə edilməsində stresi aradan qaldırmaq olduğunu dilə gətirən "Tandem"in İcraçı Direktoru Ricky Noks, "Hər ay hesabınızdan çıxan pulun hamısını düşünəndə özünüzü viranə hiss edə bilərsiniz. Xüsusilə bu məbləğ aydan aya artırsa, daha da stresə düşərsiniz. Almaq istədiyiniz çoxlu şey varkən, kimsə aylıq sabit ödəmələrinin artmasını istəmir. "Tandem" də bu məqamda köməyə çatır", - deyir.
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
"Tandem" hələ iki həftə əvvəl 250 min müştəriyə çatdığını bildirmişdi. "Fintech" təşəbbüsü olan "Tandem" sürətlə böyüyənistifadəçi bazası ilə özünün ipoteka bazarını yaratmağı hədəfləyir. İlin ilk aylarında bank lisenziyası almış "Tandem, həmçinin pulun idarə edilməsi tətbiqi "Pariti"ni və "Harrods Bank"ı satın almışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 4 d. əvvəl
-
- 20 d. əvvəl
- 20 d. əvvəl
- 23 d. əvvəl
- 42 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır















.jpg)






