“Bank VTB Azərbaycan”ın xərcləri gəlirlərini üstələyir
Xəbər verdiyimiz kimi, “Bank VTB Azərbaycan” ASC 2018-ci ilin birinci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabatda diqqəti cəlb edən, Bankın xərclərinin gəlirlərini 16 milyon 82 min manat üstələməsidir. Belə ki, bankın 3 milyon 727 min manat gəlirinə qarşı, ehtiyatlara ayırmalar xaric xərcləri 19 milyon 810 min manat təşkil edib.
"Marja"nın məlumatına görə, gəlirləri xərcləri bağlayacaq səviyyənin üzərinə qaldırmaq Bankın mövcud rəhbərliyindən, obrazlı desək qəhrəmanlıq tələb edir. Bu gün, Azərbaycanda bir çox banklar faiz gəlirlərini artırmaqda çətinlik çəkirlər. Rəqabət güclənmiş, iri banklar öz imkanlarından istifadə edərək müştəirləri özlərinə cəlb edirlər. Eyni zamanda, kreditlərə təlabət əvvəlki illərdə olduğu kimi yüksək deyil, borcalanlara qarşı tələblər nisbətən sərtləşdirilib.
“Bank VTB Azərbaycan” problemli kreditlərə görə kapitalının böyük hissəsini itirib. Səhmdarı “Bank VTB Rusiya”nın bu ilin əvvəlindəki 265 milyon manatlıq kapital dəstəyi də itkilərin qarşılanması məqsədlə sərf edilib.
Belə ki, bu ilin əvvəlində “Bank VTB Azərbaycan”ın nizamnamə kapitalı 265 milyon manat artırılaraq 315 milyon 815 min manata qaldırılmışdı. Bu gün, 315 milyon 815 min manatlıq nizamnamə kapitalından 261 milyon 458 min manat yığılmış zərərə görə, faktiki olaraq 55 milyon manat qalıb. Bankın müştərilərə verdiyi kredilər batdığından kapital ehtiyatlara ayırılıb. “Bank VTB Azərbaycan”ın kredit portfeli 61 milyon 558 min manata, aktivləri 125 milyon 206 min manata düşüb. Hazırda “Bank VTB Azərbaycan” ən kiçik banklardan biridir.
Bank, 2017-ci ilin sonunda 397 milyon manat cəmi aktivlərə, o cümlədən 281 milyon manat kredit portfelinə malik idi.
“Bank VTB Azərbaycan”ın 99,9999% sahibi olan “Bank VTB Rusiya” yenidən Azərbaycandakı törəməsinə maliyyə yardımı etmək məcburiyyətində qala bilər. Rusiya Bankı 315 milyon manatlıq investisiyanı geri götürmək və gəlir əldə etmək üçün “Bank VTB Azərbaycan” ayağa qaldırılmalıdır. Bankın bazardan necə pay alacağı və mənfəətə çıxacağı maraq doğurur.
Digər bir yol, Bankın satılması ola bilər.
Xəbər verdiyimiz kimi, “VTB Bank Azərbaycan” 2018-ci ilin birinci yarısını 250 milyon 371 min manat xalis zərər ilə başa vurub. Ətraflı: “VTB Bank Azərbaycan”ın maliyyə vəziyyəti məlum oldu.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 16 saat sonra
-
-
6 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
7 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 7 saat əvvəl
-
7 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
7 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb























