SOCAR-ın ala bilmədiyi şirkət 535 milyon avroya satıldı
Yunanıstanın qaz-nəqliyyat sisteminin operatoru DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı müqavilə imzalanıb.
Yunanıstanın Dövlət Əmlakının İdarə olunması üzrə Fondu (HRADF) bəyan edib ki, DESFA-nın 66%-lik səhm paketi 535 mln. avroya Snam, Enegas İnternacional and Fluxys" şirkətlərinin daxil olduğu "SENFLUGA Energy İnfrastructure Holdings S.A"ya satılıb. Səhm paketinin 31%-i HRADF-a, 35%-i isə "Hellenic Petrolium"a məxsusdur.
Qeyd edək ki, bundan əvvəl 2013-cü ildə keçirilən tenderdə bu səhm paketi üçün 400 mln. avro təklif edən SOCAR şirkəti qalib olub. Amma 2016-cı ildə Avropa Komissiyasının nəzarət paketinin qeyri-avropa şirkətinə satılmasını qadağan etdiyindən razılaşma ləğv edilmişdi.
"Səhmlərin satışı ilə bağlı müqavilə Hesablama Palatasının təsdiqindən və Rəqabət Komissiyasının razılığından sonra imzalanıb. Bu ilin sonuna kimi razılaşmanın bağlanacağı gözlənilir".
Fond tenderin investorların ciddi marağına səbəb olduğunu bəyan edib: "Özəlləşdirmə proqramının nəticəsində 251,28 milyon avro məbləğində gəlir əldə edilib. Bundan başqa, DESFA-nın biznes-planı 2023-ilə qədər 330,66 milyon avro məbləğində investisiya layihəsinin reallaşdırılmasını nəzərdə tutur".
Qeyd edək ki, qalib konsorsiumda əsas rolu İtaliyada fəaliyyət göstərən "Snam" şirkəti (50%-lik iştirakla) oynayır. Trans Adriatik qaz kəmərinin (TAP) səhmdarı olan "Snam" bütün Avropa üzrə qaz boru kəmərinin operatorudur. İspaniya şirkəti "Enegas SA"nın törəmə şirkəti olan "Enegas İnternacional" qaz infrastrukturunun (yeraltı qaz anbarı və LNG zavodlarının) inkişafı, tikintisi, saxlanılması və istismarı ilə məşğul olur. Bu şirkət də TAP layihəsində iştirak edir.
Konsorsiumda 16,7% paya sahib "Fluxys S.A" Belçikanın müstəqil qaz infrastrukturu qrupu olaraq Avropa bazarında fəaliyyət göstərir və TAP layihəsində iştirak edir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 10 d. əvvəl
-
- 26 d. əvvəl
- 26 d. əvvəl
- 29 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
2 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır

















.jpg)






